Icma.az
close
up
RU
Sübhan Talıblı: Ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur

Sübhan Talıblı: Ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Qarabağ münaqişəsi və buna bağlı ərazi iddiaları, Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən siyasi və hərbi gərginliklərə səbəb olub. Bu məsələ, yalnız regional bir problem olmaqla qalmayıb, həm də beynəlxalq güclərin müdaxiləsi ilə daha da mürəkkəbləşib. Tarix boyu erməni tərəfi, öz ideoloji və siyasi məqsədləri uğrunda, xüsusən də Azərbaycanın ərazilərinə olan əsassız torpaq iddialarını əsaslandırmağa çalışıb. Bunu özlərinin tarix kitablarında da göstərmək istəyib.

Hazırda isə Ermənistanın 11-ci sinifə aid tarix kitablarından Birinci Qarabağ müharibəsi ilə bağlı bir sıra məsələlərin çıxarılmasına başlanılıb. “Artsax Azadlıq Müharibəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Artsax problemi” kimi mövzular dərsliklərdən çıxarılıb. Dəyişikliklərin məqsədini hökumətin Qarabağdan imtinasının təhsil standartlarında tətbiq etmək olduğu bildirilib.


Mövzu ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Memorial Soyqırımı Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a danışıb:


O, bildirib ki, “Erməni məsələsi”, “erməni problemi”, “uydurma erməni soyqımı”, “Böyük Ermənistan” ideyası-faktı, əsası, hüququ olmayan, xüsusilə böyük dövlətlərin Türkiyə, Azərbaycana və türk-islam aləminə qarşı istifadə etdiyi məsələdir:


"Hazırda da bundan istifadə olunmaqdadır. Ermənilərin əsassız torpaq iddiaları zaman-zaman Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Gürcüstana qarşı irəli sürülüb. Baxmayaraq ki, tarixi Azərbaycan topraqlarında yerləşdirilən ermənilər bu günə qədər də sözügedən iddalarından əl çəkməyiblər. Təbii ki, müxtəlif adlar, ideyalar və məqsədlərə xidmət edən ermənilər çar Rusiyası, Sovet Rusiyası, regional və beynəlxalq güclərdən hərtərəfli dəstək alaraq onların siyasətinə və məkrli planlarına xidmət ediblər.

Ermənistanın konstitusiyasında, yerli və xarici KİV-lərdə, elmi ədəbiyyatında, ali və orta məktəb dərslərində, xarici ölkələrdə fəaliyyət göstərən qurumlarında və s. həmişə Türkiyəyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, kitab və məqalələr çap etdiriblər. 

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, 44 günlük Vətən müharibəsi, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü, Cənubi Qafqazda aparıcı rol oynaması Ermənistanı və onu dəstəkləyən beynəlxalq güclərlə Azərbaycanın haqqa və beynəlxalq hüquqa söykənən davasının olmasına səbəb olub. Bu, Ermənistan hökumətini tarixi gerçəkliklə razılaşmağa, əsassız ideoloji iddialardan əl çəkməyə vadar edib. Azərbaycan ictimaiyyəti olaraq erməni hiylələrini və Azərbaycan xalqına qarşı etdiklərini heç zaman unutmamalı, nəzərdə saxlamalı, ehtiyatla və həssaslıqla yanaşmalıyıq.

Tarixi adları dəyişdirilən Azərbaycan ərazilərinə məxsus olan yerlərə aid qondarma və uydurma “Artsax Azadlıq Müharibəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Artsax problemi” kimi mövzuların dərsliklərindən çıxarılmasında Azərbaycanın güclü olması, rəsmi İrəvanın müttəfiqlərinin onları dəstəkləmələrinin hüquqi cəhətdən düzgün olmaması, regionda qüvvələr balanasının dəyişməsi, 

Azərbaycan Prezidenti İlham Əliyevin yüksək peşəkarlıq qabiliyyəti, Türk Dünyası amili, Azərbaycan ordusunun peşəkarlığı-amillərinin də təsiri mühüm rol oynayıb".


Ekspert sonda erməni tərəfinin də artıq Qarabağın tarixən olduğu kimi, bu gün də Azərbaycan torpağı olduğunu bildiyini söyləyib. Qeyd edib ki, ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri