Icma.az
close
up
RU
Sübhan Talıblı: “Köçürmə siyasəti Cənubi Qafqazın taleyini müəyyənləşdirdi”

Sübhan Talıblı: “Köçürmə siyasəti Cənubi Qafqazın taleyini müəyyənləşdirdi”

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

XIX əsr Cənubi Qafqazın siyasi və etnodemoqrafik tarixində dönüş nöqtəsi oldu. Bölgənin strateji mövqeyi böyük imperiyaların maraq dairəsində olduğuna görə burada həyata keçirilən köçürmə və yerləşdirmə siyasətləri əhalinin milli tərkibində ciddi dəyişikliklərə yol açdı. Bu prosesin əsas məqsədlərindən biri imperiya maraqlarına uyğun olaraq yeni sosial-siyasi reallıqlar yaratmaq, yerli əhali ilə mədəni və dini baxımdan fərqlənən qrupları bölgəyə cəlb etməklə mövcud tarazlığı dəyişdirmək idi. Bu dövrdə baş verən hadisələr göstərir ki, Cənubi Qafqazın, xüsusilə də Azərbaycan torpaqlarının gələcək taleyi, həmin ərazilərdə aparılan məskunlaşdırma siyasətindən birbaşa asılı idi. 


AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ADPU Şamaxı filialının dosenti Sübhan Talıblı mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:


"Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Qarabağ ərazisində məskunlaşdırılmasına Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmayıb. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlib.

1804-1813 və 1826-1828-ci illərdə baş vermiş birinci və ikinci Rus-İran müharibələri nəticəsində Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: "Məhz ikinci Rus-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qarabağ adı siyasi anlayış kimi işlədilməyə başlandı". Rusiya imperiyası “parçala və hökmranlıq et” siyasətini əldə əsas tutaraq Şimali Azərbaycanla regionun digər müsəlman və türk dövlətləri arasında əlaqəni kəsmək üçün bu regionda qeyri-müsəlman xalqları, xüsusilə də erməniləri yerləşdirməyə başladı. Bu məskunlaşdırma 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq həyata keçirilirdi. Azərbaycan xalqının başına gətirilən bütün sonrakı faciələrə səbəb olan bu maddədə bildirilirdi: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan (ermənilər nəzərdə tutulur-S.T.) heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti (Azərbaycan nəzərdə tutulur-S.T.) müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o, məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların (ermənilər nəzərdə tutulur-S.T.) satılıq malına, əmlakına və ya əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə onun satılması və haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir”".


Tarixçi bu maddənin başlanğıcının üstüörtülü diplomatiya dilində yazıldığını bildirib:

"Nəinki bu parçada, bütün müqavilə mətnində ermənilərin adı çəkilməyib. Ancaq söhbət onlardan gedir. Müqavilə üzrə “Azərbaycan adlanan vilayətdə” yalnız rus ordusuna yardımçı olan təbəələrin davranışına və dini əqidəsinə görə təqib edilməsi yasaq olunur, onlara “İran vilayətindən Rusiyaya sərbəst keçmək” hüququ verilirdi. Təbii ki, cənub bölgələrində köklü şiə əhalisinin dini əqidəsinə görə təqib olunmasından söhbət gedə bilməzdi. Görünür, müqavilənin bu parçasına dayanan ayrıca bir razılaşma üzrə ermənilərin başlıca olaraq Cənubi Azərbaycandan köçürülməsi nəzərdə tutulurdu.

I Pyoturun vəsiyyətində erməniləri torpaq verilməsi-I Pyotrun ermənilərə dövlət fərmanına (1724-cü il 10 oktyabr) görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-Qacar müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Müqavilənin XV maddəsində qeyd edilir ki, "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir…Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq, eləcə də satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".


Dosent ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələrinin yaradıldığını söyləyib:

"Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.

Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan "Kavkazski kalendar" məlumat kitablarında, 1823-cü il siyahıyaalmasına görə, Qarabağ əyalətinin xristian-erməni əhalisinin xüsusi çəkisi 8,4 %-dən 1832- ci ildə 34,8 %-, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə-Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir. Belə ki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatdı. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər oldu ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi. İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdəki əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlılar, 36,4 min nəfəri (46,4 faiz) ermənilər idi. 1916-cı ilin yanvarın 1-nə olan məlumata görə isə həmin regionun azərbaycanlı və erməni əhalisinin miqdarı arasındakı nisbət birinci dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişdi. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiədzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur".


S.Talıblı ermənilərin "Dənizdən dənizə Böyük Ermənistan" adlı xülyalarından da danışıb:

"“Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlardan, terror aktlarından keçirdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri