Icma.az
close
up
RU
Subsidiyaların azaldılması metronun fəaliyyətinə necə təsir edəcək? RƏSMİ AÇIQLAMA

Subsidiyaların azaldılması metronun fəaliyyətinə necə təsir edəcək? RƏSMİ AÇIQLAMA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son zamanlar tez-tez qatarların gecikməsi, texniki nasazlıqlar, ən sonda isə qurum rəhbərinin vəzifəsindən uzaqlaşdırılması ilə gündəmdə olan “Bakı Metropoliteni”nə ayrılan subsidiyalar azaldılıb.
Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.
Maraqlıdır, bəs, subsidiyaların azaldılması həmişə xərci borcunu ödəmədiyindən gileylənən qurumun fəaliyyətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, metropolitenin bir çox xərcləri subsidiyaların hesabına həll edilirdi:
“Subsidiyalar azaldılir, amma metropolitenin xərcləri azalmır. İstər elektrik enerjisi, istər təmir-tikinti xərcləri, istər maaşlar olsun. Yeri gəlmişkən, işçilərin maaşlarının 10 faiz civarında artımı gözlənilir. Bunların hamısı həm də subsidiyalarla qapadılırdı. Subsidiyalar azaldılacaqsa və xərclər yerində qalacaqsa, o zaman metrodakı gediş haqqının artırılması ehtimalı kifayət qədər yüksəlir. Ya da izafi xərclər azaldılmalıdır. Yəni metropolitenə aid xərclərin bir qismi başqa qurumlara dövr edilməlidir.
Kənar xərclər metropolitenin balansından çıxarılmalıdır. Hökumət, Nazirlər Kabineti hansı yol tutacaq, bilmirəm. Bununla bağlı məlumat yoxdur. Amma indiki şəraitdə, xərclər yerində qalıb subsidiyalar azaldılarsa, o zaman qurum qiymət artımına getməyə məcbur olacaq”.
İqtisadçı bildirib ki, dövlət dəstəyi azaldılıb, qiymət artımı olmayacaqsa, metropolitenin fəaliyyəti ilə bağlı narazılıqlar artacaq:
“Çünki metropolitenin işi düzgün təşkil olunmayıb. Hətta qiymət siyasəti də doğru deyil. Bizdə metropolitendə qiymət təkgedişli hesablanır. Amma dünyanın heç yerində belə şey yoxdur. Gedişlərin müxtəlif növləri və müxtəlif qiymətləri olmalıdır. Bizdə sanki bütün əhaliyə turist kimi baxırlar. Xaricdə birdəfəlik gedişi turistlər istifadə edir. Gəlir, bir neçə gün qalır və metrodan istifadə etmək üçün çox baha birdəfəlik gediş haqqı ödəyir.
Bizdə qiymət differensial deyil. Müxtəlif qiymət modellərindən istifadə olunmur. Burda həftəlik, aylıq, bir illik biletlər olmalıdır. Tələbələr, təqaüdçülər üçün ayrı yanaşmalar tətbiq edilməlidir. Bu zaman metropoliten daha çox qazanacaq. Sadəcə, bu işi düzgün qura bilmirlər.
Ölkə üzrə bir illik bilet alan vətəndaşın sayı yarım milyon olacaqsa və onlar qabaqcadan ödəniş edəcəksə, görün, metropolitenə bir dəfəyə nə qədər ödəniş daxil olacaq. Bu vəsaitlə metropoliten nə qədər problemlərini həll edə bilər?! Təmir işlərini görə, yeni vaqonlar ala bilər. Yəni öz işini daha səmərəli qura bilər. Ona görə də subsidiyalar azaldılacaq və yanaşmada heç nə dəyişməyəcəksə, narazılıqlar yaranacaq”.
Mövzu ilə bağlı “Bakı Metropoliteni”QSC ilə də əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya bildirildi ki, “Bakı Metropoliteni”QSC-nin istismar fəaliyyəti üzrə  ümumi gəlirləri mövcud gediş tarifi üzrə sərnişin daşınmasından daxilolmalar, sərnişin daşınması üzrə xərclərin qismən qarşılanması üçün dövlət büdcəsindən ayrılan subsidiya vəsaiti və sair daxilolmalar (reklam, ticarət köşkləri, bankomat POS terminal və s.) hesabına formalaşır:
 

“Dövlət büdcəsindən metropolitenin sərnişin daşınması üzrə xərclərinin qismən ödənilməsi üçün ayrılan subsidiya vəsaiti əmək haqlarının və DSMF-yə ayırmaların bir hissəsinin, eləcə də elektrik enerjisi və kommunal xidmətlərin ödənilməsinə yönəldilir.


2024-cü il 1 iyul tarixindən nəqliyyat sahəsində gediş tariflərinin tənzimlənməsi ilə əlaqədar metro nəqliyyatında sərnişin daşınmasından formalaşan gəlirlərdə artım olub. Bununla əlaqədar 2025-ci ilin dövlət büdcəsində “Bakı Metropoliteni” QSC-nin sərnişin daşınması ilə bağlı xərclərinin  qismən  qarşılanması üçün nəzərdə tutulan subsidiya vəsaitində 2024-cü il ilə müqayisədə müvafiq qaydada azalma olub. Belə ki, tarif tənzimlənməsindən yaranan fərq qədər subsidiya vəsaiti azaldılıb”.
Rəna Cumaqızı, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see227

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see160

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see140

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see136

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri