Icma.az
close
up
RU
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı

Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

*AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb*

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqramdan irəli gələn tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlar tərəfindən fəaliyyət planına uyğun olaraq müvafiq işlər icra edilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən "İmkanlar və İnam: Dövlət-biznes əməkdaşlığı" forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu məqsədlə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlıq üçün isə 14 milyon manat əlavə vəsait ayrılıb və hazırda bu istiqamətlər üzrə maliyyələşmə davam etdirilir: "Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik. Əsas məsələ cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balansın qurulmasıdır. Fermerlərin investisiya qərarının arxasında təkcə subsidiya deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Dövlət dəstəyi investisiyanın məqsədi yox, onun həyata keçirilməsini asanlaşdıran vasitə olmalıdır".

Qeyd edək ki, AKİA tərəfindən cari il ərzində 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatını 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası təşkil edib. Subsidiyaların ödənilməsi zamanı məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük prinsipləri əsas götürülür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri