Icma.az
close
up
RU
Sübutu müşkül olan MƏNƏVİ ZƏRƏR Kimlər təzminat ala BİLƏR?

Sübutu müşkül olan MƏNƏVİ ZƏRƏR Kimlər təzminat ala BİLƏR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Elə bir dönəmdə yaşayırıq ki, haqsız mənəvi zərbədən və zərərdən qaçmaq mümkün deyil. Mənəvi zərər görəndə isə onu kompensasiya etmək mümkün olmur. Çünki mənəvi zərərin sübutu üçün maddi sübut tələb olunur. Ona görə də əksər vaxt insanlar mənəvi zərərlərini kompensasiya etdirə bilmirlər.
Bəs, hansı halda mənəvi zərərə görə konpensasiya tələb edə bilərik?
Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, məhkəmə praktikasında daha çox insanların şərəf və ləyaqətinin və ya işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı mübahisələr olur və bu mübahisələr nəticəsində həmin şəxslər mənəvi əvəzinin ödənilməsini tələb edirlər:
"Eyni zamanda, həkim səhvi nəticəsində şəxs öz sağlamlığını itirirsə və ya yaxın qohumunu itirirsə, mənəvi iztirab və sarsıntı keçirir. Bunun əvəzində o məhkəməyə müraciət edərək dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Eyni zamanda şəxs bəraət alırsa, qanunsuz həbsdə saxlanılmasına görə məhkəmələrdə iddia qaldırır. Bu kimi hallarda mənəvi zərərin əvəzi olaraq kompensasiya təyin olunur".
Müsahibimiz qeyd edib ki, bəzi hallarda mənəvi ziyanla bağlı iddialar məhkəmə tərəfindən rədd edilir:
"Məsələn, hansısa müqavilə bağlanır, müqavilənin nəticəsində şəxs iddia edir ki, mənə mənəvi zərər dəyib. Burada bəzən elə olur ki, məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul etmir, iddianı rədd edir və göstərir ki, şəxs mənəvi zərəri sübut edə bilməyib.
Çünki qanunvericiliyin tələbinə görə, şəxs ona dəymiş mənəvi zərəri sübut etməlidir ki, həqiqətən də o bu və ya digər qanunsuz hərəkət nəticəsində onda mənfi dəyişikliklər baş verib, mənəvi əzab çəkib.
Amma müəyyən istisna hallar var. Məsələn, şəxs bəraət alırsa, aydın olur ki, həmin şəxs 1 il ərzində qanunsuz olaraq həbsdə saxlanılıb. Bu onun həm daxilində mənfi reaksiyalara səbəb olur, həm iş yerindən, həm ailə münasibətlərindən məhrum olur, uzun müddət qapalı şəraitdə qalır. Təbii ki, belə olan halda kompensasiya ödənilməsi mütləq şərtdir".
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri