Icma.az
close
up
RU
Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? Ali Məhkəmə açıqladı

Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? Ali Məhkəmə açıqladı

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər.

"Unikal" xəbər verir ki, valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övladlığa götürənlərə də şamil edilir.

Uşaqların isə  ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan, zərərli təsirlərdən, cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq və digər hüquqları var.

Valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib. Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır.

Valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən,  uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.
Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.

Valideyn və uşaqların bir-biri ilə ünsiyyət hüququnun pozulması mənəvi zərərə səbəb olur.

Uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinə qanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir. Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur.

Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntu baş verir. Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbi ilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər. 

Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı ünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər.
Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.

Alimentin ödənilməməsi birbaşa mənəvi zərərə səbəb olmur.

Aliment əmlak hüququdur və ödənilməməsi maddi zərərlə nəticələnir. Lakin bu hal uşağın yaşamaq, sağlamlıq, təhsil və digər şəxsiyyət hüquqlarını pozarsa mənəvi zərərə səbəb ola bilər. Bu əsasla mənəvi zərər tələbi irəli sürən şəxs öz tələbini əsaslandırılmalı və sübut etməlidir ki, uşağın sadalanan şəxsiyyət hüquqları məhz aliment ödənilmədiyi üçün pozulub. Əks təqdirdə, belə tələblər təmin edilməyəcək. 

Eyni qayda valideynin xroniki alkoqolizm və narkomaniya xəstəsi olması hallarına da şamil olunur.

Aliment əmək qabiliyyəti olmayan valideynin saxlanması üçün əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladdan tutulduğu hallarda ödənilmədikdə isə, həmin valideyn yuxarıda sadalanan şərtlərlə çıxış edə bilər.

Qanuni əsas olmadan uşağın ölkədən getməsinə icazə verməmək mənəvi zərərə səbəb olur.

Belə hərəkətlər həm uşağın, həm də onunla yaşayan valideynin sərbəst hərəkət etmək azadlığının və digər aidiyyəti şəxsiyyət hüquqlarının (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) pozulmasıdır. Belə hüquqlar məhkəmə qərarı ilə yaranmır, qanundan irəli gələn hüquqlardır. Ona görə də, uşağın ölkədən çıxışına qanunsuz maneə yaradıldığı an pozuntu baş verir. Odur ki, belə hallarda mənəvi zərərin kompensasiyası tələbləri buna dair icazənin verilməsi barədə iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər.

Uşaqların məhkəmə müdafiəsi necə təmin edilir?

Uşaqlara vurulan mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddialar tam fəaliyyət qabiliyyəti əldə edənədək qanuni nümayəndə qismində çıxış edən valideynlər və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülə bilər. Belə iddialar irəli sürülməmişsə, uşaqlar özləri tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldıra bilər.

Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarının qəbulundan əvvəlki tarixlərdə baş verən pozuntulara görə mənəvi zərər tələb edilə bilərmi?

Sözügedən qərar rəsmi izah xarakteri daşıyır və  əvvəlki tarixlərdə baş vermiş pozuntulara görə mənəvi zərər tələbləri üçün heç bir maneə yaratmır. 
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri