Icma.az
close
up
RU
Süd vəzi kistaları və mastopatiya xərçəngə çevrilə bilər? Həkim izah edir

Süd vəzi kistaları və mastopatiya xərçəngə çevrilə bilər? Həkim izah edir

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mastopatiya süd vəzinin fibroz-kistoz xəstəliyi olub dishormonal proseslə əlaqədar yaranır.

Süd vəzi ilə yumurtalıqların funksional pozulmaları və qalxanabənzər vəzi arasında sıx əlaqə vardır. Hər hansı birində dəyişiklik yaranarsa digər orqanların da yoxlanması zəruridir.

Süd vəzi kistaları və süd vəzi fibroadenomalarına hal hazırda çox rast gəlinir. Süd vəzi kistaları içi maye ilə  dolu, hamar sərhədli, hərəkətli xoşxassəli dəyişikliklərdir.

Kistalar adətən süd vəzi axacaqlarında inkişaf edir. Kista ve fibroadenomaların əmələ gəlmə səbəbləri olduqca müxtəlifdir:

- ginekoloji problemlər

- endokrinoloji problemlər

- irsi faktor

- sonsuzluq

- stress

- abort

- süd vəzidə daha oncə cərrahi əməliyyatın icra olması

- piylənmə və s.

Süd vəzidəki hər hansı düyünü xanımlar öz əlləri ilə də aşkar edə bilərlər. Bunun üçün hər ay aybaşı  bitəndən sonraki həftə, duş qəbul edərken əlləri sabunlu halda hər iki süd vəzini palpasiya (əllə müayinə)  etməlidirlər.

Ələ gələn hamar səthli, hərəkətli düyünlər xoşxassəli deyişiklikləri göstərir.

Əgər əlinizə bərkimiş, hərəkətsiz, sanki dəri ilə bitişik törəmə gələrsə bu daha ciddi prosesin olduğunu göstərir. Hər iki halda Mammoloqa müraciət etməyiniz məsləhətdir.

Süd vəzi kistalarının xərçəngə keçmə halları çox az təsadüf olur. Lakin vaxtında qarşısı alınmazsa iltihablaşması cərrahi əməliyyata gətirib cıxarır, ölcüsünün büyüməsi isə punksiyaya (şprislə kistadan mayenin çəkilməsi) səbəb olur.

Süd vəzi fibroadenomaları isə xərçəngə çevrilə bilən, kistalara nisbətən daha çox əməliyyata gərək duyan düyünlərdir. Süd vəzi fibroadenomalarının ölçüsü 2 sm-dən böyük olarsa, daxilində  kalsinatlar, damarlar görünərsə, sərhədləri kələ-kötür olarsa bu zaman daha ciddi nəzarət gərəkir və çox halda cərrahi əməliyyatla nəticələnir.

El arasında belə səhv məlumat var ki, mastopatiya müalicə olunmur. Buna aydınlıq gətirmək istərdim.  Süd vəzidəki hər bir dəyişiklik başqa bir orqandan qaynaqlanan nəticədir (bura zob, ginekoloji problemlər, nevroloji pozğunluqlar, qaraciyər problemləri, şəkər, piylənmə və daha çox xəstəliklər aiddir). Əgər həkim bu səbəbləri aşkar etmədən müalicə edərsə müalicə effektsiz alınar, yaxud düyünlər təkrar bir də əmələ gələ bilər.

Vaxtında aşkar olunduqda süd vəzi kistaları və fibroadenomaları konservativ (dərmanla) müalicə oluna bilir. Ona görə hər bir xanım hər ay mütəmadi olaraq özü özünü yoxlamalı, 6 aydan bir USM müayinəsindən keçməlidir. SAĞLAM OLUN!

Kəmalə Rəhimova
Mammoloq-onkoloq

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri