Icma.az
close
up
RU
Mastopatiya XƏRÇƏNGƏ çevrilə bilərmi?

Mastopatiya XƏRÇƏNGƏ çevrilə bilərmi?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir.

Döş ağrısı və süd vəzisindəki kistalar isə heç bir zaman həyat təhlükəsi yaratmır.

Bugünün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə resmiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə DƏLİLƏ ƏSASƏN tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır.

Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir?

Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı.

Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.

Bugün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu (fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir.

Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara verdiyi cavabın bir az çox olması idi işin əsli.

Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd vəzisi xərçəngi arasında əlaqə olub olmadığı üzərində aparıldı. Nəticə: fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa, elmi əlaqə tapılmadı.

Qərbdə fibrokistik strukturlu süd vəzisi Azərbaycanda (fibroz kistoz) mastopatiya olaraq adlandırılan bu vəziyyət əslində süd vəzisinin fizioloji bir halıdır.

MASTOPATİYA, BİR XƏSTƏLİK VƏ YA SİNDROM DEYİL. HEÇ BİR TƏHLÜKƏSİ VƏ ZƏRƏRİ YOXDUR. MÜALİCƏ EDİLMƏSİNƏ EHTİYAC YOXDUR. MÜALİCƏSİNİN DƏ BİLİNƏN BİR METODU YOXDUR.

Mastopatiyanı müalicə etməyə çalışmaq, aybaşı qanaxmasını müalicə etmək kimidir.

sudvezixercengi.com

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri