Icma.az
close
up
RU
Süd Yoluna bənzəyən, amma ondan daha böyük qalaktika aşkarlandı

Süd Yoluna bənzəyən, amma ondan daha böyük qalaktika aşkarlandı

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Astronomlar kainatın tarixində daha əvvəlki dövrə aid qalaktika müşahidə ediblər ki, bu qalaktikanın forması bizim Süd Yolumuza çox bənzəyir; onun mərkəzində ulduzlar sayrışır və qaz keçirən spiral quruluşu var. Amma daha böyük olan bu qalaktikanın formalaşması alimlər üçün yeni tədqiqat mövzusu olub.

Avtosfer.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, J0107a adlanan uzaq qalaktikanın təqribən 11,1 milyard il əvvəl, kainatın indiki yaşının təxminən beşdəbiri olduğu zaman meydana çıxdığı ehtimal edilir. Astronomlar qalaktikanın tədqiqi üçün Çilidə yerləşən “Atakama” (ALMA) yerüstü və NASA-nın Ceyms Uebb kosmik teleskoplarının məlumatlarından istifadə ediblər. Onlar müəyyən ediblər ki, qalaktikanın ulduzları və qazı da daxil olmaqla, kütləsi Süd Yolundan 10 dəfədən çox böyükdür və o, illik sürətlə təxminən 300 dəfə böyük ulduz əmələ gətirir.

Yaponiya Milli Astronomiya Rəsədxanasından astronom Şuo Huanq bu həftə “Nature” jurnalında dərc edilən məqaləsində bildirib ki, bu, yüksək ulduz əmələ gəlmə sürətinə və bol qaza malik “canavar qalaktikadır”, indiki analoqları ilə müqayisədə qat-qat genişdir.

Yaponiyanın Şizuoka Universitetinin astronomu, tədqiqatın həmmüəllifi Toşiki Saito isə bildirib: “Bu kəşf mühüm sualı ortaya qoyur: bu qədər böyük bir qalaktika erkən kainatda necə meydana gəlib?”.

Bugünkü kainatda J0107a ilə oxşar sürətlə ulduz əmələ gətirən bir neçə qalaktika olsa da, onların demək olar ki, hamısı qalaktik birləşmə və ya toqquşma prosesində olanlardır. Yeni kəşf edilən qalaktika ilə bağlı belə halların heç bir əlaməti yoxdur.

Astronomlar bildirirlər ki, J0107a və Süd Yolunun bəzi ümumi cəhətləri var. Onlar eyni dərəcədə nəhəngdir və oxşar maneəli quruluşa malikdirlər. Bununla belə, Süd Yolunun nəhəng strukturlarını yaratmaq üçün kifayət qədər vaxtı var idi, J0107a isə bundan məhrum olub. Belə ki, 13,8 milyard il əvvəl Kainatın yaranmasına səbəb olan Böyük Partlayış hadisəsindən sonra ilk bir neçə milyard il ərzində qalaktikalar təlatümlü varlıqlar idi və qaz baxımından hazırda mövcud olanlardan qat-qat zəngin olublar. Bu, ulduz əmələ gəlməsi prosesində həddindən artıq partlamaya səbəb olan amillərdir. Süd Yolunun maneəli spiral forması kimi yüksək mütəşəkkil strukturlara malik qalaktikalar indi oxşar olsalar da, 11,1 milyard il əvvəl onlar belə deyildi.

Bu gün kainatda müşahidə edilən spiral qalaktikaların təxminən üçdə ikisi çubuq quruluşuna malikdir. Bu, onların spiral qolları vasitəsilə içəriyə qaz gətirilməsi ilə izah olunur. Qazların bəziləri molekulyar buludlar adlanan dumanlıq əmələ gətirir. Cazibə qüvvəsi bu buludların büzülməsinə səbəb olur, beləliklə, kiçik mərkəzlər qızdırılır və yeni ulduzlara çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see204

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see160

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see138

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri