Icma.az
close
up
RU
Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən faciə bir daha göstərdi ki, dənizdə təhlükə anında verilən qərarlar təkcə boğulanın deyil, xilas etmək istəyənin də həyatına son qoya bilər.

Yenisabah.az xəbər verir ki, 16 yaşlı iki yeniyetməni - Sənan Şamayevi və Əli Cabbarovu xilas etməyə çalışan 2003-cü il təvəllüdlü müddətdən artıq xidmət edən hərbçi Rəvan Əliyev həyatını itirib. Qəhrəmanlıq edən MAXE Sənanı dənizdən çıxarmağı bacarsa da, Əlini xilas etməyə çalışarkən özü də suda batıb. Hər iki nəfərin meyiti artıq sudan çıxarılıb.

Peşəkar xilasedicilər bildirirlər ki, əksər hallarda insanların instinktiv reaksiyası - dərhal suya atılıb boğulanı çıxarmaq cəhdi - ölüm riski ilə nəticələnir. Əsas səbəb isə boğulan şəxsin panik vəziyyətdə olmasıdır. Boğulan insan xilas edilmək əvəzinə ətrafdakı adamları da suyun altına çəkə bilər. Fiziki təzyiq, dırmaşma instinkti və qorxu hissi səbəbindən xilasedici belə onunla birlikdə boğula bilər. Novxanıda baş verən faciə də bunun bariz nümunəsidir. Dominos pizza

Fövqəladə Hallar Nazirliyi və digər mütəxəssislərin tövsiyələrinə görə, boğulma halında ilk növbədə əgər peşəkar üzgüçü və ya təlim keçmiş şəxs deyilsinizsə, birbaşa yaxınlaşmaq olmaz. Mümkün olduqda boğulana ip, qamış, şar, qurtarma dairəsi və ya digər üzən əşya atmaq tövsiyə olunur. Əgər suya girməyiniz mütləqdirsə, boğulanın arxasından yaxınlaşmağa çalışın - üzbəüz olduqda sizi tutub aşağı çəkə bilər. Boğulanın şüuru yerində deyilsə və müqavimət göstərmirsə, onu çənəsindən və başından dəstəkləyərək sahilə doğru çəkmək lazımdır. Həmçinin suya girməzdən öncə mütləq kənarda kimisə xəbərdar etmək və yardım çağırmaq da vacibdir.

Rəvan Əliyev bir gənc olaraq fədakarlıq edib. Onun cəsarəti mübahisə mövzusu deyil. Amma bu hadisə bir daha göstərdi ki, cəsarətlə yanaşı, təhlükəsiz davranış bilikləri də həyati əhəmiyyət daşıyır. Azərbaycanda da sahilboyu rayonlarda yaşayan əhali və gənclər arasında bu sahədə maarifləndirmə kampaniyalarının aparılmasına böyük ehtiyac var.

Qeyd edək ki, bu ilin yay mövsümü başlayandan bəri artıq 20-dən çox şəxs müxtəlif çimərliklərdə boğularaq həyatını itirib. Mütəxəssislər hər gün xəbərdarlıq etsələr də, təəssüf ki, təcrübə göstərir: nə qədər ki, ictimaiyyət düzgün davranış qaydalarını öyrənməyəcək, faciələrin qarşısını almaq mümkün olmayacaq.

Aqşin Əlili 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, polkovnik-leytenant Aqşin Əlili “Yeni Müsavat”a açıqlamasında bildirib ki, zərərçəkmiş yaxındadırsa, ona uzun taxta parçası, ağac budağı, köynək, kəmər və ya dəsmal uzadılmalı, xilas edən şəxsin özü isə möhkəm bir yerdən tutaraq həmin əşyanı dartmalıdır:  “Batan şəxs uzaqdadırsa, ona iplə bağlanmış hər hansı batmayan əşya atmaq olar. Bu cəhdlər baş tutmadıqda, yalnız üzməyi bacardığınız halda suya girə bilərsiniz.

Boğulan insan hər şeydən tutmağa cəhd etdiyi üçün sizi də batıra bilər. Bu səbəbdən, ona mütləq arxa tərəfdən yaxınlaşıb saçı, paltarının yaxalığı və ya qoltuqaltı nahiyəsindən tutun. Zərərçəkmişin üzünu suyun səthindən yuxarıda saxlayıb sahilə tərəf üzün, sudan çıxan kimi dərhal ətrafda olan insanlardan “Təcili yardım” çağırılmasını istəyin. Zərərçəkmişin həyat əlamətləri (huş, tənəffüs və nəbz) yoxdursa, dərhal otuzun ikiyə (30:2) nisbətində ürəyin qapalı masajı və süni tənəffüsü həyata keçirin. Bu tədbirləri həyat əlamətləri yaranmasa belə, 30 dəqiqə ərzində davam etdirmək lazımdır.

Zərərçəkmişin ürək-tənəffüs fəaliyyəti varsa, cəld hərəkətlə sağ dizi yerə qoymalı, onu üzü aşağı olmaqla dizdən bükülmüş sol ayağınızın üzərinə aşırın. Əlinizlə onun kürəyinin arasındakı sahəyə təzyiq edin. Ağız boşluğunu yad cismlərdən təmizləyin. İki barmaqla dil kökünə təzyiq edib qusma refleksi yaradaraq tənəffüs yollarından suyun xaric olmasına çalışın".

Onun sözlərinə görə,  vəziyyəti stabilləşdikdən sonra zərərçəkmişi nəm paltarlardan azad etməli, bədənini qurulayıb isti ədyal və ya paltarla örtməli,  içməyə isti maye verilməlidir. Zərərçəkmişin vəziyyəti yaxşı olsa belə, o, mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Qeyd edək ki, paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində ötən gün 2 nəfər suda batıb. Dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar. Onların meyiti sudan çıxarılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyul 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri