Icma.az
close
up
RU
Vəhşi heyvan saxlamaq istəyənlər bunu mütləq oxusun

Vəhşi heyvan saxlamaq istəyənlər bunu mütləq oxusun

Azpost saytına istinadən Icma.az xəbər verir.

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə
uyğun olaraq ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat
subyektlərinin vəzifələri aşağıdakılardır:
2.1.1. heyvanlara təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;
2.1.2. heyvanları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların
tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;
2.1.3. heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək, onları
baytarlıq və zootexniki xidmətlə təmin etmək;
2.1.4. heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv
olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra –
Nazirlik) məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər
həyata keçirmək;
2.1.5. nəsilartırma və çoxalma dövrlərində heyvanların bioloji xüsusiyyətlərini
nəzərə almaq;
2.1.6. heyvanların il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;
2.1.7. heyvanların təbiətdə olan cinsiyyət nisbətini və artım sürətini nəzərə almaq;
2.1.8. heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik
qaydalarına və normalarına əməl etmək;
2.1.9. heyvanlarla heyvanlar aləmindən istifadənin humanist prinsiplərinə uyğun
rəftar etmək;
2.1.10. yem məhsulları saxlanılan yerlərdə qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə əməl etmək;
2.1.11. heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə
verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən
istifadə etmək;
2.1.12. heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin
mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən Nazirliyin və Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini maneəsiz buraxmaq,
onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
2.1.13. heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların
yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol
verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət
etmək;
2.1.14. ovçuluq təsərrüfatlarına bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi
obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının “Qırmızı
Kitabı”na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə
əməl etmək;
2.1.15. heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma
qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara
və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;
2.1.16. dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin
məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin
yaradılmasına, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji
məhsulların istehsalına yol verməmək;
2.1.17. heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji
təhlükəsizlik qaydalarına əməl etmək;
2.1.18. heyvanların yaşayış mühitini, miqrasiya yollarını, qışlama yerlərini,
nəsilartırma və çoxalma şəraitini qorumaq;
2.1.19. Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi
cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni
olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının
yaradılmasına imkan verməmək;
2.1.20. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi
aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”;

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri