Icma.az
close
up
RU
Suda da diferensial tariflər tətbiq edilə bilər

Suda da diferensial tariflər tətbiq edilə bilər

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır”​.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib: “Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”.

“Diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik”, - müşavir deyib.

Ə. Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər: “Amma bu, əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir”.

“Bu sahədə biz “Azərqaz” və “Azərişıq” təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik”, - deyə Ə. Şirinov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see350

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see323

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see323

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see309

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see301

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see295

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see289

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see272

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see272

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see268

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see246

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see238

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see237

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see234

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see232

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see232

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see230

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see227

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see222

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri