Icma.az
close
up
RU
Parisdə ictimai nəqliyyat: pulsuz istifadə, güzəştlər və diferensial tariflər FOTO

Parisdə ictimai nəqliyyat: pulsuz istifadə, güzəştlər və diferensial tariflər FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Mövzuya keçməzdən əvvəl bir suala cavab verək: nə üçün Paris?

Parisin əhalisi təxminən 2 milyon nəfər olsa da, bura Avropanın ən çox turist gələn şəhəridir. Bundan əlavə, şəhərə hər gün işgüzar məqsədlə dünyanın müxtlif ölkələrindən on minlərlə adam gəlir. Bəzi məhəllələrdə hansısa ünvanı soruşmaq üçün yerli sakin tapmaq müşkülə çevrilir. Əhali sayına görə de-fakto Bakıdan geri qalan şəhərdə ictimai nəqliyyatı da tənzimləmək asan iş deyil. 

Avtosfer.az xəbər verir ki, Fransanın paytaxtında ictimai nəqliyyat 320 stansiyalı metrodan, 283 dayanacaqlı tramvaydan, çox sayda avtobus xəttindən, şəhərətrafı qatardan (RER) və funikulyordan ibarətdir. Daşımalarda əsas yük metronun üzərindədir. Səbəb metro xətlərinin şəhərin əksər hissəsini əhatə etməsi və stansiyalar arasındakı məsafənin azlığıdır. Metro və tramvayda tıxacın olamamsı da onlara marağı artırır. Bunlar öz yerində. Bəs gediş haqqı neçəyədir və necə tənzimlənir?

Paris nəqliyyatında gediş haqqı istifadəçiyə, onun mənsub olduğu sosial kateqoriyaya görə kəskin dəyişir. Başqa sözlə, daimi istifadəçi ilə təsadüfi istifadəçi arasında pozitiv diskrimasiya aparılır. Belə bir yanaşma heç kimdə narazılıq yaratmır.

Əgər kimsə təsadüfən ictimai nəqliyyatdan istifadə edirsə ona sadə 1,6, yaxud 2,5 avroluq (zonaya görə) bilet (Navigo) lazım gəlir. Kağız bilet almadan eyni qiyməti telefonla da ödəmək mümkündür. Bu biletlə A zonasından B zonasına avtobus, metro və ya tramvayla getmək mümkündür. Nəqliyyatı dəyişmək, stansiyalar arasında keçid etmək əlavə xərc yaratmır. 

Kimsə gün ərzində çox sayda nəqliyyatdan istifadə edəcəksə, o zaman 12 avroluq “Navigo jour” kartını seçə bilər. Bu kartla günün sonunadək limitsiz qaydada nəqliyyatdan istifadə mümkündür. Yalnız aeroporta gediş istisnadır.

Həftəlik istifadə üçünsə “Navigo semaine” kartı əlverilşidir. 31,6 avroluq kart şəhərin bütün 5 zonasını həftə ərzində gəzməyə imkan verir. Daha məhdud zonada hərəkət edənlər üçün qiymət 3-4 avro ucuz olsa da, əksəriyyət bütün zonaları seçir. Parisə bir neçə günlük gələnlər üçün “Navigo semaine” çox əlverişlidir.

“Navigo mois” kartı bütün zonalar üçün alındıqda qiyməti 88,8 avrodur və 1 ay ərzində sərbəst hərəkətə imkan verir. Bu kartdan adətən yerli sakinlər və şəhərdə daimi yaşayanlar istifadə edirlər.

İllik kartda (Navigo annuel) endirim bir qədər fərqli formada təklif olunur. Aylıq kartdan 11 ay ardıcıl istifadə edildikdə 12-ci ay pulsuzdur. Fransanın başqa şəhərlərində sistem bir qədər fərqli tətbiq edilir. 

Şəxsi təcrübəmdən deyə bilərəm ki, Fransa paytaxtında, eləcə də digər şəhərlərdə differensial tariflər çox səmərə verir. Dünyanın ən bahalı şəhərləri sırasında yer alan Parisdə ictimai nəqliyyat üçün ayda 89 avro böyük məbləğ deyil. Kimsə hər səfəri üçün birdəfəlik kart alarsa o zaman azı 3 dəfə çox vəsait ödəməli olar. 

İctimai nəqliyyatda fərqli sosial qruplar üçün də güzəştlər nəzərdə tutulur. Məsələn, 11 yaşdan aşağı uşaqlar üçün illik gediş kartı (R Junior) cəmi 24,8 avrodur. Bundan əsasən aşağı sinif şagirdləri istifadə edirlər. 

Daha böyük yaş qrupundan olan yeniyetmələr (R scolaire) kartına 392 avro ödəməlidir. Bu kartla 13 ay Parisdə limitsiz hərəkət mümkündür. Tələbələr üçün də eyni qiymətdir. Müqayisə üçün deyək ki, illik kart 1 aylıq endirimlə (88,8X11) 977 avroya başa gəlir.

Bundan əlavə, yaşı 62-ni ötmüş vətəndaşlar, qrup halında ekskursiyaya gedən şagirdlər və çoxuşaqlı ailələr üçün nəqliyyat kartlarında 50 faiz və daha çox endirim tətbiq edilir. Əlilliyi olan şəxslərin müəyyən qrupları üçünsə ümumiyyətlə ictimai nəqliyyatdan istifadə pulsuzdur.

Günlük, həftəlik və aylıq kartların tətbiqi iqtisadi baxımdan da səmərəlidir. Həftənin və ayın əvvəlində böyük məbləğdə vəsait əldə edən daşıyıcılar bunu daha ciddi investisiyalara yönəldə bilirlər. Üstəgəl, sözügedən kartların tətbiqi yükləmə aparatlarının da sayını azaltmağa imkan verir. Bu qurğular heç də ucuz deyil və onlara xidmət göstərən personala da hər ay böyük  miqdarda maaş ödəniləmlidir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri