Sudan ordusu silahlıların nəzarətində olan Darfura yaxınlaşır
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 3 fevral, AZƏRTAC
Sudan ordusu ölkənin mərkəzində yerləşən Cənubi Kordofan vilayətinin Kaduqli şəhərinin mühasirəsini yararaq şəhərə daxil olub.
AZƏRTAC xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin Baş Komandanı Əbdülfəttah əl-Burhan bundan sonra Çevik Dəstək Qüvvələrinin nəzarətində olan Darfur vilayətinin tezliklə azad ediləcəyini bildirib.
“Sudan xalqını təbrik edirik. Qüvvələrimiz Kaduqlinin mühasirəsini yarıblar. Çevik Dəstək Qüvvələrinin şəhərləri işğalı davam etdikcə atəşkəsdən söhbət gedə bilməz.”, - deyə əl-Burhan deyib.
O bildirib ki, ordu sülh çağırışlarına cavab verir, amma bu, sudanlıların qanı hesabına olmayacaq.
BMT-nin məlumatına görə, döyüşlər başlanandan əhalinin 80 faizi və ya 147 min nəfər Kaduqli şəhərindən qaçaraq qonşu şəhərlərə sığınıb. Qaçqınlar üzrə Norveç Şurasının Baş katibi Yan Egeland Cənubi Kordofanı “Sudanda ən təhlükəli və diqqətdən kənar qalan cəbhə” adlandıraraq orada sakinlərin aclıqla əlaqədar şəhərləri tərk etdiyini bildirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















