Sudanın lideri: Müstəmləkəçi güclər Afrikada münaqişələri qızışdırır AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 yanvar, AZƏRTAC
Sudan lideri Əbdülfəttah əl-Burhan bəyan edib ki, müstəmləkəçi güclər Afrikada münaqişələri qızışdırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sudanın Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan bu bəyanatı paytaxt Bisaudakı Prezident sarayında Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo ilə görüşü zamanı deyib.
Əl-Burhan və Embalo iki ölkə arasında əlaqələri və bütün sahələrdə əməkdaşlığı genişləndirmək yollarını müzakirə etmək üçün ikitərəfli görüş keçiriblər. Sudan Suveren Şurasının bəyanatında deyilir ki, Əl-Burhan Sudandakı vəziyyəti Çevik Dəstək Qüvvələrinin (RSF) dövlət və onun qurumlarına qarşı qaldırdığı üsyanla izah edib. O əlavə edib ki, Afrika qitəsində münaqişələri qızışdırmağa çalışan müstəmləkəçi güclər var.
Sudanın rəhbəri qeyd edib ki, Afrika indi oyanış dövrünü yaşayır ki, bu da qitə ölkələrinə onların daxili işlərinə xarici müdaxiləyə müqavimət göstərməyə imkan verir. “Biz həm köhnə, həm də müasir müstəmləkəçiliyə qarşı ayağa qalxan bəzi Afrika xalqlarının səylərini təqdir edirik”, -deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















