Icma.az
close
up
RU
Türkiyəli icmalçı: Fransa sırf müstəmləkəçi ölkə ruhunda hərəkət edir AZƏRTAC

Türkiyəli icmalçı: Fransa sırf müstəmləkəçi ölkə ruhunda hərəkət edir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 7 yanvar, AZƏRTAC

Rəsmi Paris Fransa ilə Komor adaları arasında mübahisəli ərazi olan Mayotta departamentində tüğyan edən “Çido” qasırğası ilə bağlı dağıntıların miqyasını dünya ictimaiyyətindən gizlətməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə “İndependent Türkçe” nəşrinin icmalçısı Sare Şanlı yazır.

“Müstəmləkəçi yanaşmanın kölgəsində qalan faciə... Makronun Mayotta səfəri: “Fransanın bir hissəsi olduğunuza görə minnətdar olun” sərlövhəli nəşrin müəllifi qeyd edir ki, Fransanın ən yoxsul ərazisini vuran qasırğa Mayottanın onsuz da zəif olan infrastrukturunu məhv edib.

“Təbii fəlakətdən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, faciə qurbanlarının konkret sayı hələ də açıqlanmayıb. Fransa nümayəndələri adanın 31 sakininin həlak olması ilə bağlı bəyanatlarla məhdudlaşaraq faciənin miqyasını azaltmağa çalışırlar. Lakin, fakt odur ki, Mayottada çox sayda miqrant yaşayır. Eyni zamanda, cəsədlərin bir hissəsi tələsik dəfn edilib, bu da qurbanların həqiqi sayının minlərlə ola biləcəyini göstərir”, - deyə nəşr daha sonra qeyd edir.

Türkiyəli icmalçı vurğulayır ki, Mayotta Fransanın son vaxtlar təbii fəlakətlər və etirazlar kontekstində müzakirə olunan xaricdəki mülklərindən sadəcə biridir.

“Qasırğadan sonra Mayottaya səfər edən Fransa Prezidenti Emmanuel Makron qəzəbli insan kütləsi ilə qarşılaşıb. Ada sakinləri Fransa hökumətinin böhranın nəticələrini aradan qaldırmaq üçün atdığı addımları pisləyib, Makronun istefasını tələb edərək, onu fitə basıblar. “Mən qasırğa deyiləm! Mən baş verənlərə görə məsuliyyət daşımıram”, - deyə özünə bəraət qazandıran Makron, Mayotta sakinlərini “Fransanın bir hissəsi olduğuna görə minnətdar olmağa” çağırıb. “Fransa olmasaydı, sizin vəziyyətiniz 10 min dəfə daha pis olardı”, - deyə siyasətçi vurğulayıb.

“Bununla belə, o xatırlamayıb ki, “Çido” qasırğasından zərər çəkən insanlara günlərdir tibbi yardım göstərilməyib, adanın əksər sakinləri içməli sudan məhrum olublar, humanitar yardım bir həftə sonra Mayottaya çatdırılıb.

Makronun hərəkətləri göstərdi ki, Fransa sırf müstəmləkə ölkəsi ruhunda hərəkət edərək Mayotta sakinlərinin problemlərini həll etməkdən uzaqdır. Fransa lideri ada sakinlərinin qeyri-bərabərliyini və yoxsulluğunu norma və təbii vəziyyət kimi təqdim etməyə çalışıb”, - deyə Şanli yazır və Mayotta əhalisinin hələ də su və elektrik enerjisindən adekvat istifadə imkanından məhrum olduğuna işarə edir. Eyni zamanda, Parisin “yardım siyasəti” problemlərin həllinə kömək etmir, böhranı yalnız daha sonrakı tarixə təxirə salır.

“Orta hesabla, Mayottada hər 10 evdən dördü faner və metal təbəqələrdən hazırlanır. Hər on evdən üçündə su yoxdur”, – deyə türkiyəli icmalçı daha sonra yazır və 2022-ci ildə adada işsizlik səviyyəsinin 34 faiz olduğunu xatırladır.

“Mayotta xalqı “ikinci dərəcəli” fransız olmaqdan yorulub. Fransanın Afrikada təsirinin azalması fonunda ada sakinləri müstəmləkəçiliyə qarşı mübarizədən dərs almalı və layiqli həyat hüququnu müdafiə etməlidirlər”, - deyə müəllif yazır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri