Icma.az
close
up
RU
Süfrədə telefon istifadə etməyin Bu zərərləri var

Süfrədə telefon istifadə etməyin Bu zərərləri var

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekspertlər sosial mediada paylaşım üçün yemək masasında telefon istifadəsinin ciddi təhlükələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Chester Universitetinin araşdırmaçısı telefonların yemək masasına yayıla biləcək zərərli mikrobları daşıdığını bildirib. Bu mikroblar arasında bağırsaq infeksiyalarına, qida zəhərlənmələrinə və hətta dəri xəstəliklərinə səbəb olan bakteriyalar mövcuddur. Mütəxəssisin bildirib ki, bu mikroblar əsasən ishal, qusma və mədə-bağırsaq narahatlıqları yaradır. Zəif immun sisteminə malik şəxslərdə sepsis və ya sətəlcəm kimi ciddi infeksiyalara da səbəb ola bilər.

Telefonlarınızda hansı növ və nə qədər mikrob olduğu işlədiyiniz sahə və telefonu saxladığınız yerlərdən asılıdır. Məsələn, tibb işçiləri təhlükəli bakteriyalarla daha çox təmasda olduqları üçün bu mikroblar onların telefonlarında artıb çoxala bilir. Lakin tibb sahəsində çalışmayan insanların telefonları da təhlükəsiz deyil. Ən çox rast gəlinən bakteriyalar isə qida zəhərlənməsi və mədə problemlərinə səbəb olan E. coli və fekal streptokoklardır.

Dr. Nay əlavə edib ki, telefonlarda bu mikrobların yaranmasına əsas səbəb öz əllərimizdir: “Əllərimiz hər gün təxminən 150 fərqli səthə toxunur. İşə gedib-gələn biri üçün bu rəqəm daha da artır.” Xüsusilə tualet kimi yerlərdə telefon istifadəsi vəziyyəti daha da pisləşdirir. Əllərimizi tez-tez yusaq da, telefonlarımız eyni təmizliyə məruz qalmır.

Telefonunuzu necə təmizləməlisiniz?

Telefonu söndürün və qılıfını çıxarın.

Telefon qılıfını ilıq sabunlu su ilə yuyub tam qurumağa qoyun.

Telefonun xarici səthini tiftiksiz bir parça ilə silin və girişlərdəki tozları taxta kürdanla təmizləyin.

Telefonun səthini %70 izopropil alkollu salfetlə və ya yüngülcə nəmləndirilmiş parça ilə silin. Düğmə və hoparlör deliklərinin ətrafında diqqətli olun.

Heç vaxt təmizləyicini birbaşa telefona püskürtməyin və giriş nöqtələrinə mayenin daxil olmasına yol verməyin.

Mikrobların yayılmasını azaltmaq üçün əllərinizi mütəmadi yumağı və mümkün qədər yemək masasında telefonu istifadə etməməyi tövsiyə edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Dekabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri