Icma.az
close
up
RU
BİZİMLƏ: süfrədə, işdə, yolda, hamamda, yataqda...

BİZİMLƏ: süfrədə, işdə, yolda, hamamda, yataqda...

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətanət Məmmədova

1973-cü ilin 3 aprelində “telefonun atası” adlandırılan 85 yaşlı Martin Kuper ilk dəfə olaraq mobil telefonla zəng etdiyini elan edib. Telefon yalnız danışıq məqsədi ilə yaradıldığı üçün burada 12 düymə (10-rəqəmlər, 2-zənglərin yönləndirilməsi və dayandırılması) mövcud idi.

Bəli, bu, mobil telefon yaradılanda idi. Harada qaldı o günlər? O günlərdən hansı günlərə gəlib çıxdıq? O günlərə ki, indi mobil telefon həyatımızın bir parçasıdır, biz onsuz yaşaya bilmərik, ölərik. Yemək yeyəndə gözümüz ondadır, nə yediyimizi bilmirik, işdə ağlımız onun yanındadır, özümüzü toplaya bilmirik. Yolda əlimizdədir, bizi başı aşağı edib, hər gün bəlkə onlarla insanla toqquşuruq. Hamamda çiməndə də yanımızdadır, ya muqiqi dinləyir, ya film izləyir, ya da aradabir sulu əllərimizlə mesaj yazır, səs göndərir, nə bilim, nə edirik. Gecələr isə yataqda bizimlədir, əvvəllər çarpayımızın yaxınlığına qoyardıq, sonralar bir-birimizi elə sevdik ki, indi artıq ayrı qala bilmirik. O,əlimizdə yuxulayırıq. Və yaxud da telefon ya yastığımızın, böyrəyimizin altındadır, ya ürəyimizin üstündədir, ya da əlimizdəcə dərin yuxulara gedirik.

Rəqəmsal Qlobal Xülasə Hesabatına əsasən, mobil telefondan istifadə hər il artır. 2015-ci ildə dünya əhalisinin 4,15 milyardı, yəni 57 faizi cib telefonundan istifadə etdiyi halda, 2019-cu ildə bu nisbət 53 milyon artaraq 4,68 milyarda, yəni 62 faizə çatıb. 2020-ci ildə bu rəqəm 4,78 milyarda çatıb. Bu gün isə ümumilikdə 5,44 milyard insanın bir mobil telefonu var. Beləliklə, dünya əhalisinin 68 faizindən çoxu telefondan bəhrələnir.

2023-cü il Rəqəmsal Qlobal Xülasə Hesabatına görə cib telefonu sahibləri onunla gündə orta hesabla 5 saat vaxt keçirirlər. Təbii ki, söhbət gündüzdən gedir. Hələ telefon sahiblərinin gecələr onunla bir yatağı bölüşməsini bir kənara qoyuruq...

Azərbaycanda 2020-ci ildə 10 milyon 344,3 min nəfər olub, nüfuz dərəcəsi isə 104% təşkil edib. 2021-ci ilin göstəricisinə bu, 4,6% artaraq 10 milyon 817,1 min nəfər təşkil edib. 2021-ci ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 nəfər üstələyib.
Qeyd edək ki, 2022-ci ildə isə ölkəmizdə mobil telefon abunəçilərinin sayı 11 milyon 068,1 min nəfər olub. Əhalinin hər 100 nəfərinə 110 mobil telefon abunəçisi düşüb ki, bu da əvvəlki göstəricini 2 nəfər üstələyir.

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar. Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Gün ərzində ümumilikdə 35-40 dəqiqədən artıq mobil telefondan istifadə etmək orqanizmə aşırı dərəcədə ziyan vurur; mobil telefonla çox danışmaq eşitmə sinirlərini korlayır; çox SMS yazmaq barmaqlarda keyiməyə səbəb olur; saatlarla oyun oynamaq gözdə qızartılar və quruluq əmələ gətirr, boyunda və beldə müəyyən müddətdən sonra ağrılar yaranır; diqqət dağınıqlığına səbəb olur; çox danışanda beyin hüceyrələrinin bir qismi ölür; dalğaları qan hüceyrələrinə mənfi təsir edir; mobil telefonlar hətta saç köklərinə də pis təsir göstərir.

Nə üçün insan övladı onun xeyrinə olanların əksinə gedir, bu, hələ də bəşəriyyətə məlum deyil. Lakin düşünəndə ki, bir zamanlar deyilənləri eşitməyib, zərərini çox görmüşük, onda bu gün deyilənləri də eşitməyənlərin bir neçə il sonra çəkəcəyi zərər göz önünə gəlir.

Biz nə qədər az eşidiriksə, mobil telefonların vaxtsız ölümə səbəb olmasından da xəbərsiz qalacağıq. Onlarla bir süfrədə, işdə, yolda, hamamda, yataqda yan-yana olmaqla sağlamlığımızı, həyatımızı, gələcək nəsilləri qurban verdiyimizi anlamağın vaxtı çoxdan çatıb. Lakin biz bu məsələnin dərk edilməsində hələlik yerimizdə sayırıq. Yerimizdə sayırıqsa, deməli, anlamağımıza hələ xeyli var...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see385

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see362

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see282

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see275

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see247

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see245

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see232

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see221

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see215

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see205

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see203

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see201

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see197

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see194

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see188

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see176

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see175

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see171

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see170

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri