“Şükriyyə” Tbilisidə nümayiş olunacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 14-də Gürcüstanın Şota Rustaveli adına Milli Teatrında “Şükriyyə” tamaşası göstəriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Nümayiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri çərçivəsində baş tutacaq. Səfər iki ölkənin milli teatrları arasında bu ilin fevralında Tbilisidə imzlanmış qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, “Şükriyyə” tamaşası yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin premyerası 2023-cü ildə olub.
Rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan ikihissəli dram Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















