Icma.az
close
up
RU
Sular durulduqca əsl siması ifşa olunan USAID in tarixə qovuşması qaçılmaz olur ŞƏRH

Sular durulduqca əsl siması ifşa olunan USAID in tarixə qovuşması qaçılmaz olur ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub

Bu fakt inkaredilməzdir ki, bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğatlarn aparırlar. Əsas məqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələri arasında, necə deyərlər, ən öndə gedənlərdən biridir. İndiyədək ABŞ hökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadə etməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır. USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımlarının yarısından çoxu bu agentlik tərəfindən ödənilir. Bu təşkilatın ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyimiz yalnız dövlət atributları ilə deyil, həyata keçirilən real siyasətlə ölçülür. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Buna əmin olmaq üçün təkcə son dörd ildə USAID-in ölkəmizlə bağlı planlarına diqqət yetirmək kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünya gücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. Həmin güclər sözdə bu Zəfərə, həmçinin onun reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına dəstək olduqlarını bildirsələr də əməllərində tamamilə fərqli bir mənzərənin şahidinə çevrildik. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri bəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Bayden hakimiyyəti bu kimi təşkilatlarının vasitəsilə Qarabağı könüllü tərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi. Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında çirkin məqsədlər dayanır.

“Bu günlərdə ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var. İlon Mask USAID-i cinayətkar təkilat adlandırır. Təşkilatın cinayətkar əməllərinin ABŞ-da belə etiraf olunması özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır”, - deyə o əlavə edib.

V.Rəhimzadə bu təşkilatın fəaliyyətinə işıq salan bəzi məqamlara nəzər yetirib. Bildirib ki, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAID-ə keçib və indiyədək bu praktika davam edir. USAID hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Dmitri Kiselyova müsahibəsində bu məsləyə xüsusi diqqət yönlədərək bildirdi ki, ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir. “

Deputat həmin müsahibədə Prezident İlham Əliyevin bu çağırışını da xatırladıb: “Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimi faktlar Qərbin və onun tabeliyində olan təşkilatların, institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffaf olmadığını, məqsədli planlara xidmət etdiyini açıqlayır. USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirməkdir. Burada hansı məqsədin güdüldüyü bəllidir. Qərb öz çirkin niyyətlərini təsir dairəsində saxladığı təşkilatları bu və ya digər dövlətlərin daxili işlərinə sirayət etdirməklə cızdığı planları həyata keçirməyə çalışır. Bu cəhdləri Azərbaycan kimi müstəqil, maliyyələşmədə, fəaliyyətdə şəffaflığa xüsusi önəm verən bir ölkədə reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsiz, sabit ölkə kimi nüfuz qazanır. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ölkəmizdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. Şübhəsiz, maliyyədə şəffaflıq əsas prinsiplərdəndir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, yeni “Siyasi partiyalar haqqında” Qanuna əsasən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Azərbaycanın daxili işinə müdaxilədən irəli gələn hər bir addımın qarşısı qətiyyətlə alınır. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi faktdır. Bu təzyiqlər heç zaman Azərbaycanın müstəqil xarici siyasətinə təsir etmək imkanında deyil.

“Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı dünəndən bağlanıb. Eyni zamanda, Soros xətti ilə maliyyə də dayandırılıb. USAID-də audit keçiriləcək. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Belə bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur. Sular durulduqca USAID-in tarixə qovuşması qaçılmaz olur”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri