Icma.az
close
up
RU

Santa Klausun əsl siması

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bütün dünyada “Şaxta baba” kimi tanınan antalyalı xristian din xadimi Müqəddəs Nikolayın kəllə ölçüləri rəqəmsal şəkildə üzə çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, braziliyalı rəqəmsal animasiya mütəxəssisi Cicero Moraes Santa Klaus kimi əfsanəyə çevrilən və 4-cü əsrdə Antalya Demredə (Myra) yaşayan yepiskop Müqəddəs Nikolayın virtual üzünü yaradıb.

Komanda, italyan prof. Luigi Martinonun 1957-ci ildə Müqəddəs Nikolayın kəlləsindən əldə etdiyi real məlumatlardan istifadə edib. Türkiyədəki sümüklər 1087-ci ildə italyan dənizçiləri tərəfindən İtaliyaya aparılıb və 1953-cü ildə oradakı türbə təmirə açılanda Martino da ölçü götürüb.

Moares araşdırmanı belə izah edib: “Kompüterdə kəllə sümüyünü üç ölçülü yaratdıqdan sonra üzün profilini çıxartdıq. Biz bunu anatomik deformasiya texnikası ilə dəstəklədik. Sonda iki rəqəmsal görüntü ortaya çıxdı: Biri boz, digəri isə əfsanədən ilhamlanaraq saqqal və paltar əlavə edilmiş bir görüntüdür. Mənbələrə görə, müqəddəsin onurğa və çanaq sümüyündə revmatizm, kəllə sümüyündə ağrıya səbəb olan sümük qalınlaşması var”.

Braziliyalı mütəxəssisin rəqəmsal işi Müqəddəs Nikolayın əsl siması kimi qəbul edildi. Çünki əfsanəvi keşişin heç bir real təsvirinin günümüzə qədər gəlib çatmadığı, simvolik təsvirlərinin əksəriyyətinin miladdan sonra 343-cü ildə vəfatından əsrlər sonraya aid olduğu bildirilmişdir.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri