Icma.az
close
up
RU
Süleyman Məcidli rəhbər təyin olundu

Süleyman Məcidli rəhbər təyin olundu

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasında (AISA) sənaye müəssisələrində enerji təhlükəsizliyi və dayanıqlılığı sahəsində fəaliyyətlərin gücləndirilməsi məqsədilə Enerji Təhlükəsizliyi Komitəsi təsis edilib.
Yeni yaradılmış Komitənin rəhbəri vəzifəsinə enerji sektoru üzrə uzunillik beynəlxalq və yerli təcrübəyə malik mühəndis və sahibkar Süleyman Məcidli təyin olunub.
Enerji Təhlükəsizliyi Komitəsi sənaye müəssisələrində enerji təhlükəsizliyi, enerji dayanıqlılığı, kritik enerji infrastrukturu və müasir enerji sistemlərinin təhlükəsiz idarə olunması istiqamətində fəaliyyət göstərəcək ekspert platforması olacaq.
Komitənin əsas məqsədi sənayedə enerji təhlükəsizliyi yanaşmasının inkişaf etdirilməsi, enerji infrastrukturunda mövcud texniki risklərin azaldılmasına dəstək verilməsi, beynəlxalq standartlara uyğun texniki yanaşmaların təşviq edilməsi və dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində yeni sənaye enerji təhlükəsizliyi ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.
Komitənin fəaliyyət istiqamətləri sırasında sənaye müəssisələrində enerji təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, enerji infrastrukturunun riskəsaslı idarə olunması, “backup” enerji sistemlərinin dayanıqlılığının artırılması, müasir monitorinq və nəzarət yanaşmalarının tətbiqi, bərpa olunan enerji və enerji saxlama sistemlərinin təhlükəsiz inteqrasiyası, eləcə də beynəlxalq standartlara uyğun sənaye enerji təhlükəsizliyi ekosisteminin inkişafına dəstək yer alacaq.
Enerji Təhlükəsizliyi Komitəsinin rəhbəri vəzifəsinə təyin olunmuş Süleyman Məcidli elektrik və enerji mühəndisliyi sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malikdir.
Süleyman Məcidli 25 sentyabr 1991-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə və Bakı Özəl Türk Liseyində alıb. 2008-ci ildə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universitetinin (ODTÜ) Elektrik və elektronika mühəndisliyi fakültəsinə qəbul olunub.
Peşəkar fəaliyyətinə Türkiyədə elektrik avadanlıqları istehsalı sektorunda başlamış, keyfiyyətə nəzarət mühəndisi və SCADA mühəndisi kimi çalışmışdır. Daha sonra Rusiya Federasiyasında iri tikinti və elektromexaniki layihələrdə xərclərə nəzarət və planlama koordinatoru vəzifəsində fəaliyyət göstərib. Azərbaycana qayıtdıqdan sonra enerji sektorunda müxtəlif vəzifələrdə çalışaraq enerji layihələrinin idarə olunması, sənaye müəssisələrinin enerji təminatı, enerji həlləri və biznes inkişafı istiqamətlərində geniş təcrübə qazanıb.
O həmçinin dünyanın aparıcı enerji həlləri şirkətlərindən biri olan “Aggreko” şirkətinin Azərbaycan nümayəndəsi kimi fəaliyyət göstərib.
Sonrakı dövrdə Süleyman Məcidli tərəfindən təsis edilmiş “ENERGAZER” şirkəti enerji auditi, enerji səmərəliliyi və ESCO layihələri, enerji monitorinqi və SCADA sistemləri, reaktiv güc kompensasiyası, bərpa olunan enerji üzrə layihələndirilmə və icra (EPC), mühəndislik-konsaltinq xidmətləri və davamlılıq strategiyalarının hazırlanması istiqamətlərində fəaliyyət göstərən yerli mühəndislik şirkətlərindən birinə çevrilib.
Təyinatla bağlı fikirlərini bölüşən Süleyman Məcidli bildirib:
“Qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyinin və dayanıqlılığın strateji əhəmiyyət qazandığı bir dövrdə AISA-nın nəzdində Enerji Təhlükəsizliyi Komitəsinin yaradılması mühüm addımdır. Məqsədimiz sənaye müəssisələrində enerji təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə, riskəsaslı idarəetmə yanaşmalarının inkişafına və enerji infrastrukturunun etibarlılığının artırılmasına töhfə verməkdir.
Enerji təhlükəsizliyi artıq yalnız enerji təchizatının fasiləsizliyi deyil, eyni zamanda müəssisələrin əməliyyat dayanıqlılığı, iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətinin əsas elementlərindən biridir. Komitə çərçivəsində dövlət qurumları, sənaye müəssisələri, mühəndislər, akademik dairələr və beynəlxalq tərəfdaşlarla birlikdə ölkəmizdə müasir enerji təhlükəsizliyi ekosisteminin formalaşdırılması istiqamətində çalışacağıq”.
Süleyman Məcidli həmçinin Komitənin yaradılması təşəbbüsünə göstərilmiş dəstəyə görə AISA-nın rəhbərliyinə təşəkkürünü ifadə edib:
“Ölkəmizdə sənaye müəssisələrinin enerji təhlükəsizliyi və enerji dayanıqlılığı məsələlərinin daha sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə belə bir komitənin yaradılmasına verdiyi dəstəyə görə AISA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə başda olmaqla Assosiasiyanın rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, bu platforma ölkəmizdə enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıqların qurulmasına, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə və sənaye müəssisələrinin dayanıqlılığının artırılmasına mühüm töhfə verəcəkdir”.
AISA tərəfindən yaradılmış Enerji Təhlükəsizliyi Komitəsinin yaxın dövrdə enerji təhlükəsizliyi üzrə metodoloji sənədlərin hazırlanması, maarifləndirmə və təlim proqramlarının təşkili, sənaye müəssisələrində enerji risklərinin qiymətləndirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və dövlət-özəl sektor əməkdaşlığının inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 İyun 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri