Icma.az
close
up
RU
Qurreyhaqurrey Süleyman Qaradağlı yazır

Qurreyhaqurrey Süleyman Qaradağlı yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süleyman QARADAĞLI

Klassik aşıq poeziyasının ustad nümayəndələrin olan Aşıq Alı şeirlərindən birində yazırdı:

Evdə arvadına sözü keçməyən,

İndi koxa olub, el dolandırır.

Aradan illər keçsə də, ustad aşığın bu misraları bu gün də çox müasir səslənir.

...Sovet vaxtı "Kirpi" satirik jurnalında bir rəsm dərc olunmuşdu. Rəssam radiotexnika üzrə elmlər namizədi dərəcəsi olan alimin radioqəbuledicinın xırda bir detalını təmir etdirmək üçün onu usta yanına apardığını təsvir etmişdi.

Həyatda belə hallarla az rastlaşmırıq. Məsələn, dəfələrlə evlənib-boşanmış adamlar teleradio verilişlərində ailə dəyərləri haqqında mühazirələr oxuyurlar. Və ya ali tibb təhsili olan həkim-pediatr adi soyuqdəymə zamanı müalicə üçün uşağını xəstəxanaya aparır. Ölməz Hüseyn Cavidin misraları yada düşür: "Rəqsi təlim edir axsaqlar".

Bir neçə il bundan qabaq televiziya kanallarının birində ağsaçlı bir həkim ağaran saçları öz əvvəlki rənginə qaytaran şampunu reklam edirdi. İndi ölkəmizdə fəaliyyətdə olan məşhur klinikalardan birində isə tibb müəssisəsinə müraciət edən xəstələrə uzunömürlülük eliksiri tövsiyə olunurdu, halbuki eliksirin ixtiraçısı olan həmin klinikanın direktoru 55 yaşında gözlərini bu dünyaya əbədi yummuşdu... Başqa bir televiziya kanalında isə aparıcı uzun illər teatr səhnəsində çalışan Xalq artisinin oynadığı rolları, yaratdığı obrazları bir kənara qoyub, onu yalnız toy, şənlik və ziyafətlərin tamadası kimi təqdim edirdi.

Metroya düşürsən, mağazaya girirsən, küçə ilə gedirsən, avtobusa minirsən - hər yerdə  belə təzadlı hallarla üzləşirsən.  Elə adamlar var ki, görürsən, yanında da iki-üç nəfər dar küçədə şellənə-şellənə gedir: nə arxadan, nə də qarşıdan gələni fikirləşir. Avtobusun tən ortasında gövdəsi ilə gediş-gəlişi kəsərək dayananlar da olur, nə o tərəfə gedir, nə də bu tərəfə. Deməsən, itələməsən, tərpənmir.

Yaxud metro kartına pul yükləmək üçün ödəniş terminalına yaxınlaşan şəxs əvvəlcə çantasında axtarış apararaq kartını və ya nömrəni tapır, daha sonra pul kisəsindən pul çıxararaq prosesi yerinə yetirir və terminaldan uzaqlaşır. Həmin müddətdə onsuz da sıx olan sıra bir az da sıxlaşır. Yaxud ictimai nəqliyyata özü minəndən sonra ətrafındakıları düşünmədən dayandığı yerdə  durub qalmaq, ictimai yerdə  telefonla ucadan danışmaq, uzun avtomobil tıxacı zamanı özündən əvvəlki avtomobilə siqnal vermək, yeri gəldi-gəlmədi özünün şəxsi keyfiyyətlərini və hansısa bacarıqlarını qabartmaq, uşaqlarını hamınınkından fərqli tutmaq...

Aşıq Hüseyn Saraclı bir dəfə dastan danışanda deyir ki, çoban qoyunları su içmək üçün bulağın üstünə endirir və başlayır qurreyhaqurrey deməyə. Qulaq asanlardan biri sual verir ki, aşıq, bəs o qurreyhaqurrey nə deməkdir? Deyir ki, qoyunun da içində qananı-qanmazı olur, qurreyhaqurrey deməsən, su içmək lazım olduğunu anlamır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri