Icma.az
close
up
RU
Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib

Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Azərbaycanın futbol çempionatlarında qış fasiləsi olsa da, gündəm qaynardır. Transfer bazarı, legioner limiti, futbolun inkişafı ilə bağlı hazırlanana strategiya və digər məsələlər geniş müzakirə olunur.

Bu günlərdə 2 məsələyə diqqət daha çox ayrılır. Biri klubların qış transfer pəncərəsindəki siyasətləridir. Digəri isə AFFA-nın yeni mövsüm üçün planlarından biri olan legioner limitinin dəyişdirilməsidir.

Belə məqamda təcrübəli mütəxəssislərin fikirləri, rəyləri və təklifləri maraqlı olur. Elə ona görə də tanınmış funksioner Tahir Süleymanova bir sıra suallar ünvanladıq.

- Tahir müəllim, Azərbaycan futbolunun problemlərindən biri klubların idarəetməsi və transfer siyasəti ilə bağlıdır. Bəzi klublar heyətlərində də tez-tez dəyişikliklər edirlər. Xüsusilə bir transfer pəncərəsində alınan əcnəbilər, demək olar ki, oynamır, ehtiyatda qalır və növbəti transfer pəncərəsində göndərilirlər. “Karusel” beləcə davam edir…

- Dünya klub futbolu idarəçiliyində vahid sistem mövcud deyil. FİFA, konfederasiyalar, milli federasiyaların qərarları və ölkələr üzrə ümumi qanunvericiliyə uyğun olaraq klublar müstəqil fəaliyyət göstərir. Hər klubun öz tarixi ənənəsi, oyun üslubu, futbola yanaşması, fanat ordusu, maliyyə imkanları var. Bu amillər mütləq nəzərə alınmalıdır. Yeni yaradılmış klublarda fəaliyyət göstərmək daha asandır, təzyiqlər yox dərəcəsində olur. Sabitliyin yaradılması, davamlı uğurların qazanılması yolunda futbolu dərindən bilməklə yanaşı, strateji və faktiki klub idarəçiliyi bacarığı, məsuliyyət, liderlik keyfiyyətləri mütləqdir. Komandanın formalaşdırılması baxımından legioner seçimləri çox həssas məqamdır. Hədəflərə görə qurulan heyət nəticə verməyə borcludur. Legioner seçimləri elə aparılmalıdır ki, onlar komandanı arxasınca apara, aparıcı, güclü klublarda çempionluqları, kubokları təmin edə bilsinlər. Komanda tək meydanda futbolçulardan ibarət olmur, bu, klub sisteminin son mərhələsidir. İdarəçi heyət, məşqçilər korpusu, seleksiya xidməti, akademiya və digər klub xidmətləri sinxron olaraq bir-birini tamamlayan vahid komanda, mexanizm kimi çalışmalıdır. Ancaq bu halda komanda meydanda 90 dəqiqəni qələbələrlə bitirə, nəticələr qazana bilər. Pərakəndəlik, sistemsizlik, şəxsi maraqlar olan yerdə ciddi uğurlar qazanıla, sabit çıxış təmin edilə bilməz! Klub istənilən səviyyədə çıxış edə bilmirsə, bu, öncə idarəetmədə olan problemlərin qarşılığıdır. Baş məşqçini, futbolçuları seçən klub rəhbərliyidir. Hansısa klubda uğursuzluqlara biganə yanaşılırsa və ya bəhanə tipli kosmetik dəyişiklik edilirsə, deməli, maraqlar fərqlidir.

- Hansısa klublar varmı ki, idarəetməsindəki problemlər sizin diqqətinizi xüsusilə cəlb edir?

- Ad çəkməyə ehtiyac yoxdur. Premyer Liqanın turnir cədvəli, mövsümlər üzrə nəticələr əyani göstəricidir.

- Uğursuz və ya başqa məqsədlə edilən transferlərə görə məsuliyyəti daşıyan şəxslər kimlərdir?

- Birmənalı olaraq klub cavabdehləri, idman sahəsinə məsul olanlar, baş məşqçi və köməkçiləri, seleksiya xidməti.

- Son günlərin əsas müzakirə edilən mövzularından biri də legioner limitinin ləğvi edilməsidir. Sizin limitlə bağlı fikirləriniz necədir?

- Legioner limiti son günlər çox müzakirə edilir. Tərəfdarlar, əleyhdarlar kifayət qədərdir. Azərbaycan futbolu elə durumdadır ki, məsələlərə kompleks yanaşılmalıdır. Gec də olsa inkişaf strategiyası hazırlanır, ictimaiyyətə təqdim ediləcək. Təkliflərimizi rəsmi olaraq təqdim etmişik. Legioner limitinə strategiyanın tərkib hissəsi kimi baxılmalı, müzakirələr daha geniş müstəvidə aparılmalıdır. Bütün müsbət, mənfi tərəflər, risklər təhlil edildikdən sonra hazırkı şəraitə uyğun ən doğru qərar qəbul edilə bilər. Azərbaycan futbolunun səhv etmək limiti çoxdan bitib.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://publika.az
archiveBu xəbər 10 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri