Icma.az
close
up
RU
Tahir Süleymanov AFFA İnkişaf Strategiyasından yazdı

Tahir Süleymanov AFFA İnkişaf Strategiyasından yazdı

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan futbolunda yola saldığımız ilin nəticə baxımından deyil, strateji anlamda ən yadda qalan hadisəsi AFFA-da Hesabat-seçki Konfransının keçirilməsi oldu. Uzun illərdən sonra ölkə futbolu idarəçiliyində əsaslı kadr dəyişikliyi baş verdi...

Plansız, proqramsız gələn yenilər vaxt itkisinə yol verdilər. Vəziyyətdən çıxış yolu kimi AFFA İnkişaf Strategiyasının hazırlanması qərarı verildi. Ölkədə futbol elə tənəzzül dövrünü yaşayır ki, düşüncə, operativlik olaraq hər ay bir ilə, bir mövsüm 3-5 ilə bərabər olmalıdır. Ötən il də əvvəlki bərbad futbol illərinə qoşuldu. 

Strategiyanın yazılması ilə bağlı xarici şirkət nümayəndələri ilə görüşlərimiz barədə futbol ictimaiyyətinə ətraflı fikirlərimizi bildirmişik.
AFFA öz üzv qurumlarına, klublara təkliflərin verilməsinə dair müraciət etmişdi. Təəssüf ki, bir çox üzv təşkilatlar məsələyə biganə yanaşaraq təkliflərini bildirmədi, bəziləri isə bəsit, üzdənyanaşma ilə kifayətləndi. Assosiasiya, bu məqamı konfedisial saxlamağa üstünlük verdi. 

"McKinsey" və "Double Pass" səlahiyyətliləri ilə toplantımızdan sonra mütəmadi olaraq AFFA rəhbərliyi ilə görüşlərimiz, əlavə təkliflərimiz, məsləhətləşmələrimiz olub. İcraiyyə Komitəsinin iclaslarında rəsmi təqdim etdiyimiz təkliflərin nəinki nəzərə alınacağı, xarici şirkətlərin bu təkliflər üzərində strategiyanı hazırlayacaqları xüsusi qeyd edilib.

Azərbaycan futbolunun ümumi durumu bəllidir.
Tənqidlər pozitivlik üzərində qurulmalı, gələcək inkişafı təmin edəcək mərhələlər arqumentlərə, dərin təhlillərə söykənməlidir. Uzun vaxt alsa da, gecikilsə də, dekabrda strategiyanın açıqlanacağına söz verilsə də, nəhayət ki, yanvar ayında təqdim və qəbul ediləcəyi gözlənilir...

Strateji məsələlər heç vaxt gündəm mövzusu olmayıb, mütəxəssislər, media, cəmiyyət arasında geniş müzakirələr aparılmayıb.
Baxmayaraq ki, qlobal olaraq Azərbaycan futbolunun strateji inkişafından söhbət gedirsə, diqqət mərkəzində qeyd olunan məsələ olmalıdır.

AFFA rəsmiləri ilə danışıqlarımzdan, fikir mübadilələrimizdən belə qənaətə gəlinir ki, təkliflərimiz 90, ola bilər 100 faiz qəbul ediləcək, strategiyada öz əksini tapacaq. Geniş təkliflər paketində əsas hissə, təməl prinsipləri nədən ibarətdir? 

AFFA strukturuna uyğun olaraq regionlar üzrə müasir tələblərə cavab verən 8 mərkəzləşdirilmiş futbol akademiyasının inşası, bölgələrdə, hər bir şəhər və rayon mərkəzlərində stadionların yenidən qurulması, tarixi ənənəsi olmuş klubların bərpası. Azsaylı ən yaxşı layihələrdən biri sayılan əvəzedicilər liqasının U-21-23-ə çevrilməsi, peşəkar yaş sayılan U-19 liqasının uşaq futbolu çərçivəsindən çıxarılması, yarışların təşkilatı, keyfiyyət dərəcəsinin üst səviyyəyə qaldırılması, uşaq futbolunda bütün strukturun yenidən qurulması, mövsüm ərzində uzun fasilələr olmadan davamlılığının təmin edilməsi, keyfiyyətin, rəqabətin yaradılması, istedadların axtarışı, sistemli hala gətirilməsi, qeydiyyatı, daxili və xarici səfərlər və s...

Peşəkar klublarda gənc futbolçuların yetişdirilməsi, stimullaşdırılması, əsas heyətdə oynadılacaq gənclərə görə bonusların ödənilməsi, legioner limitinin tənzimlənməsi, yaxın illərdə klubların stadion/baza və futbol akademiyaları ilə təmin edilməsi, müvafiq qurumlarla hərbi xidmət məsələlərinin nizamlanması...

I və ll liqaların yaradılması ölkə futbolunda coğrafiyanı artırmaqla bərabər, liqalararası tarazlıq yaratdi. Premyer Liqada komanda sayının artırılması, liqalarda şəraitin yaxşılaşdırılması ilə yanaşı, yaxın perspektivdə III və IV liqaların formalaşdırılması, aşağı liqa klublarında növbəti mövsümdən minimum 3  yaş qrupu üzrə uşaq komandalarının fəaliyyəti. 
AFFA strukturunda təmsil olunan federasiyaların maddi-texniki bazasının yaradılması, təminatı, vahid idarəetmə mexanizmi ilə sistemli şəkildə fəaliyyətləri, tədris, təbliğat, bacarıqlı idarəçi, məşqçi kadr potensialının hazırlığı, media, ictimaiyyətlə əlaqələr, bu sahələr üzrə yeni layihələrin tətbiqi, həyata keçirilməsi...

Təbii, bu həcmdə hazırlanan İnkişaf Strategiyasının çox geniş və davamlı maliyyə təminatı olmalıdır. Ümumiyyətlə, yuxarıda qeyd olunanların böyük hissəsi 2005-2015-ci illəri özündə əhatə edən proqram çərçivəsində həyata keçirilməli idi. Maddi qaynaqlar da yetərincə idi. Yarıtmaz futbol idarəçiliyi ilə illər itirildi, neçə-neçə futbolçu nəsli məhv edildi.
Strategiyanın hazırlanması və qəbulu hələ problemlərin həll edilməsi demək deyil, ilk önəmli addımdır. Belçikalılarla görüşümüzdə, maliyyə mənbəyi müzakirələrində ən narahat olduğum məqamlardan biri, onların problemlərə avropasayağı yanaşması, Azərbaycan mühitini, yerli şəraiti, spesifikasını bilməməlləri idi.

Sirr deyil, Azərbaycanda futbol böyük ölçüdə sosial layihədir və əsasən dövlət xətti ilə maliyyələşir. Əsaslı həcmdə işlərin görülməsi, infrastrukturun yaradılması kifayət qədər vəsait tələb edir. Azərbaycanda futbola dair İnkişaf Strategiyasının həyata keçirilməsinin əsasən iki qolu mövcuddur - dövlət yardımı və imkanlı sponsorların təhkim edilməsi. 
Keçmişin səhvləri təkrarlanmayacağı, lazımı səviyyədə strategiyanın qəbulu, düzgün kadr seçimləri, maliyyə təminatı və həyata keçirilməsi, illərdi çox mənfi imicə sahib olan AFFA-ya tədricən inamı qaytara bilər. İnam yaradılmayan, olmayan yerdə heç vaxt uğur qazanıla bilməz!

Çətinliklərə baxmayaraq, az sayda futbol idarəçiləri, məşqçilər yetişməkdədir. İnkişaf Strategiyası tam olaraq həyata keçiriləcəyi təqdirdə, ölkə futbolunda sahələr üzrə inanılmaz kadr potensialı qıtlığı üzə çıxacaq. Bunları aradan qaldırmaq üçün, sürətləndirilmiş rejimdə faktiki və onlayn qaydada kurslar, seminarlar keçirilməli, sistem işlək mexanizm, konveyer halına salınana kimi, vəziyyətdən çıxış yolları axtarılmalıdır. 
Son günlər legioner limiti mövzusu geniş müzakirə edilir. Tərəfdarlar, əleyhdarlar yetərincədir. Legioner limitinə İnkişaf Strategiyasının tərkib hissəsi kimi baxılmalıdır.
Ancaq kompleks halda yanaşma sayəsində Azərbaycanda futbol dirçələ, inkişaf edə bilər.

Ölkə futbolunda strateji analitik mərkəz yaradılmalı və davamlı, inkişafı təmin edə biləcək təhlillər aparılmalı, müsbət və mənfi tərəflər, risklər müəyyənləşdirilməli, sonda ən uyğun seçim edilməlidir. Üst-üstə düşürsə, limit müzakirələri fonunda taleyüklü İnkişaf Strategiyası kölgədə qalmamalıdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Yanvar 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri