Icma.az
close
up
RU
Sülh çətin görünür: Ukrayna və Rusiya güzəştə getməyə hazır deyil

Sülh çətin görünür: Ukrayna və Rusiya güzəştə getməyə hazır deyil

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Samir Hümbətov: Müharibənin sonu üçün tərəflərdən biri məğlub olmalıdır


Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibə artıq dörd ilə yaxın müddətdir davam edir. Bu müddət ərzində tərəflər arasında nə siyasi, nə də hərbi cəhətdən ciddi bir irəliləyiş əldə olunub. Münaqişənin yaxın aylarda sona çatacağına dair müxtəlif beynəlxalq dairələrdən nikbin açıqlamalar səslənsə də, real vəziyyət bu ehtimalları şübhə altına alır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News” telekanalına verdiyi müsahibədə Ukraynadakı müharibənin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirsə də, bu, daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki mövcud reallıqda tərəflərdən heç biri güzəştə getməyə hazır görünmür.

Sülh danışıqları uzun müddətdir dalana dirənib. Ukrayna işğal olunmuş ərazilərdən imtina etməyə razı deyil, Rusiya isə nəzarətində olan torpaqları geri qaytarmaq niyyətində görünmür. Belə vəziyyətdə münaqişənin həlli yalnız güc balansının dəyişməsi və ya beynəlxalq güclərin daha açıq və qəti mövqe nümayiş etdirməsi ilə mümkün ola bilər.


Politoloq Samir Hümbətov Sherg.az-a Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlama verib:


"Bu  bir neçə gün və ya ay ərzində həll olunacaq məsələ deyil. Hər nə qədər "6 aya bitə bilər" deyilsə də, artıq müharibənin başlamasından dörd ilə yaxın vaxt keçir. Əgər bu prosesin 2026-cı ilin fevralına qədər bitməsi hədəflənirsə, bunun baş verməsi üçün yalnız bir yol görünür: tərəflərdən birinin tam və aydın şəkildə məğlubiyyətə uğraması. Ancaq indiki şəraitdə bu real görünmür. Sülh prosesi olduqca çətin və mürəkkəbdir. Belə bir nəticənin baş verməsi üçün ya Ukrayna işğal olunmuş ərazilərindən imtina edib Rusiya ilə sülh razılaşması imzalamalıdır, ya da Rusiya işğal etdiyi əraziləri geri qaytarmalıdır. Hər iki variant da real görünmür. Rusiya əgər geri çəkilərsə, bu, təkcə Vladimir Putinin hakimiyyətinin sonu deyil, eyni zamanda Rusiyanın daxilində ciddi siyasi və sosial qarşıdurmalarla nəticələnə bilər".


Politoloq hazırkı reallıq fonunda müharibənin davam edəcəyini söyləyib:  

"Tərəflərin qarşılıqlı razılığa gəlməsi qısa müddətdə mümkün görünmür. Amma iqtisadi sanksiyalar və beynəlxalq təzyiqlər dərinləşdikcə vəziyyət dəyişə bilər. Hərçənd, faktiki olaraq Rusiya Qərblə münasibətlərində ciddi izolyasiyaya məruz qalsa da, Çin, Hindistan, Afrika və digər Asiya ölkələri ilə əməkdaşlığını davam etdirir. Yəni tam izolyasiya olunmuş vəziyyətdə deyil".


Müsahibimizin müharibənin sona çatması üçün ya Rusiyanın, ya da Ukraynanın çox ciddi şəkildə zəifləməli və ya tükənməli olduğunu qeyd edib:

"Alternativ olaraq, Qərb ölkələri tərəflərdən birinə həlledici dəstək verməlidirlər. Hazırkı mərhələdə isə Qərb üçün daha mümkün və sərfəli görünən yol müharibəni uzatmaq və Rusiya üzərində uzunmüddətli strateji təzyiqi davam etdirməkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri