“Ukrayna və Rusiya sülh razılaşması əldə etmək üçün güzəştə getməyə məcbur olacaqlar”
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ukrayna və Rusiya sülh razılaşması əldə etmək üçün güzəştə getməyə məcbur olacaqlar”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, müharibəyə və ya hər hansı münaqişəyə son qoymaq məqsədi daşıyan istənilən danışıqlarda hər iki tərəf razılaşmalıdır.
"Əsasən, bir tərəf burada 100% uğur əldə etməyəcək. Hər tərəf müəyyən güzəştə getməli olacaq", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə bu, müharibəni bitirməyin yeganə yoludur.
"Belə bitməyən yeganə müharibələr bu və ya digər tərəfin qeyd-şərtsiz təslim olmasını ehtiva edən müharibələrdir və biz bu münaqişədə bunu görməyəcəyik", - deyə Rubio əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















