Icma.az
close
up
RU
Sülh dəhlizləri və qlobal iqtisadi düzən

Sülh dəhlizləri və qlobal iqtisadi düzən

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Cənubi Qafqazda son aylar cərəyan edən hadisələr və diplomatik fəallıq regionun taleyində tamamilə yeni bir mərhələnin başlandığını göstərir. ABŞ vitse-prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfərləri, Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” və bu çərçivədə aparılan paralel diplomatik təmaslar artıq, sadəcə, siyasi jest xarakteri daşımır. Bu proseslər regionda konkret iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşdığını, həmçinin Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənmək niyyətini göstərir. Diplomatik fəallığın bu dərəcədə intensivləşməsi bölgənin artıq qlobal sistemin kənarında qalan periferiya deyil, beynəlxalq nəqliyyat və enerji arxitekturasının strateji düyün nöqtəsi olduğunu təsdiqləyir.

Şübhəsiz ki, bu yeni mərhələdə müzakirələrin mərkəzində dayanan ən mühüm məsələ Zəngəzur layihəsi və Orta dəhlizlə bağlıdır. Hər iki layihə regionun geosiyasi və iqtisadi mənzərəsini köklü şəkildə dəyişməyə qadir güclü alətlərdir. Lakin bəzi dairələr tərəfindən süni şəkildə formalaşdırılan “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” tezisi mövcud iqtisadi reallıqlar və logistika fəlsəfəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Ekspertlərin, o cümlədən Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladzenin apardığı təhlillər göstərir ki, bu iki marşrut bir-birini inkar etmir, əksinə, vahid bir zəncirin tamamlayıcı halqaları kimi çıxış edir. 

L.Mamaladze hesab edir ki, “Strateji Tərəfdaşlıq Xartiyası”nda da hər iki istiqamətin paralel və koordinasiyalı şəkildə inkişaf etdirilməsinin xüsusi vurğulanması bu yanaşmanın beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Burada əsas məqsəd alternativ yaratmaq deyil, Avrasiya məkanında nəqliyyat şəbəkəsini maksimum dərəcədə genişləndirmək, şaxələndirmək və qlobal təchizat zəncirinin dayanıqlılığını təmin etməkdir.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi logistik baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, Türkiyə istiqamətində yeni, sürətli və iqtisadi cəhətdən səmərəli bir arteriya olacaq: “Bu, Azərbaycanın daxili inteqrasiyasına, yeni ticarət və logistika marşrutlarının formalaşmasına imkan yaradacaq. Dəhliz vasitəsilə yüklərin Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin, İsgəndərun və Ceyhan kimi nəhəng limanlarına çıxışı asanlaşacaq. Bu, regionun dünya bazarlarına inteqrasiyasını sürətləndirəcək. Yüksək ötürücülük qabiliyyətinə malik dəmir yolu şəbəkəsinin qurulması Zəngəzur dəhlizini təkcə regional deyil, qlobal bir logistika qovşağına çevirəcək”

Onu da qeyd edək ki, Orta Dəhliz artıq özünü doğrultmuş bir layihədir. Çindən və Mərkəzi Asiyadan başlayan, Xəzər dənizi və Azərbaycan üzərindən keçərək Gürcüstanın Qara dəniz limanlarına – Poti və Batumiyə yönələn bu marşrut Çindən Avropaya ən qısa və təhlükəsiz yol hesab olunur. Gələcəkdə illik 600 min konteyner ötürmə gücünə malik olacaq Anakliya dərin dəniz limanının işə düşməsi və Bakı–Tbilisi–Qars dəmir yolunun potensialının artırılması Orta Dəhlizin strateMi əhəmiyyətini daha da artırır. Gürcü politoloq bununla bağlı deyib: “Avropaya birbaşa yönələn yüklər isə əsasən Çin–Mərkəzi Asiya–Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edəcək. Gürcüstanın Qara dəniz limanları vasitəsilə Bolqarıstan və Almaniya istiqamətində daşınacaq. Bu baxımdan heç bir rəqabətdən söhbət gedə bilməz. Əksinə, Xartiyada bu istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi xüsusi vurğulanır”.

Məhz buradan aydın olur ki, Zəngəzur dəhlizi Orta Dəhliz üçün rəqib deyil, əksinə, onun operativliyini artıran və yük axınını optimallaşdıran yeni bir “servis qolu” rolundadır. Müasir qlobal logistika sistemi artıq tək bir marşrutun ümidinə qala bilməz. Risklərin idarə edilməsi, vaxta qənaət və maliyyə səmərəliliyi alternativlərin çoxluğunu tələb edir. Əgər Orta Dəhliz Qara dəniz vasitəsilə Mərkəzi və Şərqi Avropaya birbaşa çıxışı təmin edirsə, Zəngəzur xətti Aralıq dənizi üzərindən Cənubi Avropa və Afrika bazarlarına yeni pəncərələr açır. Bu şaxələndirmə nəticəsində yaranan rəqabət mühiti daşımaların qiymətini aşağı salır, keyfiyyətini isə artırır ki, bu da tranzit ölkələrin, o cümlədən Azərbaycan və Gürcüstanın gəlirlərinin artması deməkdir. L.Mamaladze qeyd edir ki, dəhlizlərin inteqrasiyası həm də regionda davamlı sülhün iqtisadi bünövrəsini yaradır: “TRIPP layihəsi və bən zər təşəbbüslər Azərbaycanla Ermənistan arasındakı onilliklər boyu davam edən qeyri-müəyyənliklərə son qoymaq üçün iqtisadi stimullar təklif edir. Nəqliyyat xətlərinin açılması Ermənistanı təcriddən xilas edərək onu regional iqtisadi sistemin bir hissəsinə çevirir. Bu isə, öz növbəsində, Cənubi Qafqazda hərbi risklərin azalmasına və qarşılıqlı asılılığın artmasına gətirib çıxarır”. Politoloqun vurğuladığı kimi, sülh təkcə siyasi müqavilələrlə deyil, həm də ortaq maraqlar üzərində qurulmuş iqtisadi layihələrlə qorunur.

Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos isə Münxendə “Açıq dəhliz siyasəti? Trans–Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib ki, keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycan arasındakı sülh sanki mümkün olmayan bir qapını açdı: “Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yolları seçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun. Trans–Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üç dəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarla xərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbedici amillərdən biridir”, – deyə Marta Kos bildirib.

O qeyd edib ki, nəqliyyat layihələri arasında rəqabət mövcud ola bilər, lakin faydalıdır, çünki bu, layihələrin həyata keçirilməsinin sürətləndirilməsini stimullaşdırır. O əlavə edib ki, bu, Aİ üçün də yeni təcrübədir. “Müəyyən dərəcədə biz bir-birimizi irəli itələyirik və bu yaxşıdır. Bəli, Aİ-də qərar qəbulu prosesi bəzən asan olmur, çünki birlik 27 ölkədən ibarətdir. Lakin indi görürük ki, TRIPP layihəsi Naxçıvan istiqaməti ilə birlikdə, Türkiyəni də nəzərə alaraq, region üçün əsl sıçrayış ola bilər”.

Beləliklə, Cənubi Qafqaz artıq böyük güclərin, sadəcə, nüfuz savaşı apardığı deyil, həm də ortaq iqtisadi mənafelərin birləşdiyi bir məkana çevrilir. ABŞ-ın regiona artan institusional marağı, Bakının strateji manevr qabiliyyəti və dəhlizlərin koordinasiyalı inkişafı regionun suverenliyini möhkəmləndirir. Zəngəzur dəhlizi Orta Dəhlizi zəiflətmir, əksinə, onu daha çevik, rəqabətqabiliyyətli və “məğlubedilməz” edir. Bu iki marşrutun sinerjisi Avrasiyanın nəqliyyat xəritəsində yeni erasının başlanğıcıdır. Sülhün iqtisadiyyatla, logistikanın isə strateji tərəfdaşlıqla qovuşduğu bir məkandır. Bu modeldə bütün tərəflər qazanır və Cənubi Qafqaz qlobal ticarətin kəsişməsində əvəzolunmaz hab kimi öz yerini möhkəmləndirir.

Ə.PÜNHAN

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri