Icma.az
close
up
RU
Qlobal səhnədə daha ədalətli iqtisadi düzən D 8 TƏHLİL

Qlobal səhnədə daha ədalətli iqtisadi düzən D 8 TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev: “Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır”

“Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən digər hadisə və prosesləri xarakterizə edərkən bildirib: “Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.

Güclü dostluq və müştərək maraqlar

D-8-in dünyada 1,2 milyard əhalisi olan üzv dövlətləri əhatə edən böyük iqtisadi və ticari potensiala malik təsisatdır. Onun fəaliyyətinin əsasında ölkələr arasında iqtisadi-ticari münasibətlərin inkişafı dayanır. Azərbaycan təşkilatın daha da inkişaf etdirilməsinə, gündəlikdə duran məsələlərin həyata keçirilməsinə öz əsaslı töhfəsini verəcək. “Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”, - deyə Prezident bildirib.

Qeyd edək ki, D-8-in əsas məqsədi üzv ölkələr arasında ticarət əlaqələrini artırmaq, iqtisadi inkişafı təşviq etmək və ortaq problemlərə qarşı kollektiv həll yolları tapmaqdır. Təşkilat həmçinin, dünya iqtisadiyyatında inkişaf edən ölkələrin daha güclü və əhəmiyyətli bir mövqe tutmasına kömək etməyi hədəfləyir. D-8 təşkilatı, üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir. Bu ölkələr arasında iqtisadi əlaqələrin artırılması və inkişaf etməkdə olan ölkələrin dünya bazarlarında daha böyük rol oynaması üçün təşviq edici tədbirlər görülür.

D-8 həmçinin təhsil, mədəniyyət və sosial sahələrdə də əməkdaşlıq qurmağa çalışır, bu da üzv ölkələr arasında daha güclü bir dostluq və müştərək maraqların formalaşmasına kömək edir. Təşkilatın fəaliyyəti, inkişaf edən ölkələrin kollektiv gücünü nümayiş etdirərək qlobal səhnədə daha ədalətli bir iqtisadi düzən qurmağı məqsəd qoyur.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri