Icma.az
close
up
RU
SÜLH HƏM YAXINDIR, HƏM DƏ ÇOX UZAQDA ABŞ nin təhlükəsizlik zəmanəti “havada” qalıb

SÜLH HƏM YAXINDIR, HƏM DƏ ÇOX UZAQDA ABŞ nin təhlükəsizlik zəmanəti “havada” qalıb

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması ilə bağlı sülh çərçivəsinin konturları kağız üzərində formalaşmağa başlasa da, real və dayanıqlı atəşkəsə gedən yol hələ də çox uzundur. Mayami şəhərində keçirilən son danışıqlardan sonra tərəflər ehtiyatlı nikbinlik nümayiş etdirsələr də, əsas problemlərin açıq qaldığı etiraf olunur.

“Kiev Post”un məlumatına görə, Mayami danışıqlarından sonra həm Kiyev, həm də Vaşinqton müəyyən irəliləyişdən danışıb. Ukrayna rəsmiləri bildiriblər ki, sülhlə bağlı əsas layihə sənədləri demək olar ki, hazırdır. Bununla belə, onlar açıq şəkildə etiraf ediblər ki, sənəddə yer alan bəzi müddəalar həm Ukrayna, həm də qarşı tərəf üçün qəbuledilməz olaraq qalır.

ABŞ Prezidenti Donald Tramp da danışıqlara dair konkret detallar açıqlamayıb. Florida ştatının Palm-Biç şəhərində çıxış edən Tramp yalnız onu deyib ki, Ukrayna-Rusiya mövzusunda danışıqlar davam edir və “proses pis getmir”. Üçtərəfli görüş və ya konkret vaxt çərçivəsi ilə bağlı suallara isə ümumi cavab verərək bildirib ki, “nə lazımdırsa, onu edəcək” və hər kəs bu müharibədən yorulub.

Bu qeyri-müəyyənlik danışıqların hazırkı vəziyyətini açıq şəkildə göstərir: müəyyən hərəkət var, amma konkret mexanizmlər və təminatlar yoxdur.

Zelenski: sənədlər möhkəmdir, amma ideal deyil

Ukrayna Prezidenti Volodimir Zelenski Mayami danışıqlarından sonra sosial şəbəkədə paylaşım edərək bildirib ki, sülhə dair ilkin sənədlər “kifayət qədər möhkəm və ləyaqətlidir”. Onun sözlərinə görə, 20 maddədən ibarət bu çərçivə sənədi Ukrayna ilə ABŞ arasında birgə hazırlanıb və əsas iş artıq görülüb.

Zelenski etiraf edib ki, sənəddə hələ də mübahisəli məqamlar var və bəzi müddəalar Ukrayna üçün qəbuledilməzdir. Eyni zamanda o qeyd edib ki, Moskva da sənəddəki bəzi bəndlərlə razılaşmayacaq. Buna baxmayaraq, Prezident hesab edir ki, sənədlərin birgə hazırlanması tərəflərin real nəticəyə çox yaxın olduğunu göstərir.

Zelenskinin sözlərinə görə, sülh planının mərkəzində təhlükəsizlik təminatları dayanır. Bu təminatlar Ukraynanın özü, Avropa ölkələri və ABŞ-ni əhatə edir. Bundan əlavə, ABŞ ilə Ukrayna arasında ayrıca ikitərəfli təhlükəsizlik sənədi də hazırlanıb və bu sənədin ABŞ Konqresində təsdiqlənməsi tələb olunur. Sənədin bəzi detalları isə məxfi saxlanılır.

Ukrayna lideri bildirib ki, təhlükəsizlik modeli üç əsas sütuna əsaslanır:

– 800 min nəfərlik güclü Ukrayna ordusu;

– Avropa İttifaqına üzvlük perspektivi və bu çərçivədə iqtisadi-təhlükəsizlik proqramları;

– Təxminən 30 ölkəni birləşdirən “istəkli ölkələr koalisiyası”. Bu koalisiyada bəzi ölkələr hərbi mövcudluq, digərləri isə maliyyə, enerji və mülki dəstək göstərəcək.

Zelenski əlavə edib ki, ABŞ-nin hansı formada təhlükəsizlik zəmanəti verəcəyi – hava hücumundan müdafiə, kəşfiyyat, aviasiya və çəkindirici mexanizmlər hələ də müzakirə olunur. O vurğulayıb ki, Konqres tərəfindən təsdiqlənmiş hüquqi zəmanətlər əvvəlki uğursuz razılaşmalardan fərqli olacaq.

Diplomatik ümidlər və döyüş meydanındakı reallıq

Bununla yanaşı, Zelenski vəziyyətin döyüş meydanında ağır olaraq qaldığını da gizlətməyib. O bildirib ki, Rusiya Milad atəşkəsi ilə bağlı təklifləri rədd edib və bayram günlərində hücumları artırmağa hazırlaşır. Ukrayna kəşfiyyatı nəzarəti gücləndirib, hava hücumundan müdafiə isə əsas prioritetə çevrilib.

Prezident qeyd edib ki, Ukrayna müharibənin bitməsini istəyir, amma eyni zamanda özünü daha da gücləndirməyə məcburdur. Bu məqsədlə ABŞ ilə əlavə “Patriot” sistemlərinin alınması ilə bağlı danışıqlar davam edir.

Təcrübəli ekspertlərdən skeptik yanaşma

“Kiev Post”a müsahibə verən ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Maykl Karpenter isə daha skeptik mövqe ortaya qoyub. O bildirib ki, əsas risk atəşkəsin necə yoxlanılacağı və pozuntuların necə sübut ediləcəyi ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya 2014-cü ildən bəri bütün atəşkəsləri pozub və bu dəfə də istisna olmayacaq.

Karpenter hesab edir ki, zəif nəzarət mexanizmi təxribatlar üçün zəmin yarada bilər. O həmçinin ABŞ və Avropanın verəcəyi təhlükəsizlik təminatlarının real olub-olmadığını sual altına alıb. Xüsusilə Almaniyanın Ukraynaya “Taurus” raketləri verməməsini Avropada həmrəyliyin zəifliyi kimi qiymətləndirib.

Beləliklə, Mayami danışıqları sülhə doğru müəyyən çərçivə yaratsa da, hələlik əsas suallar cavabsız qalır. Razılaşma kağız üzərində mövcuddur, amma onun real həyatda işlək olub-olmayacağı ilk günlərdə özünü göstərəcək. Əsas risk də məhz budur: razılaşmanın sakit şəkildə imzalanıb, eyni səssizliklə dağılması.

Əgər danışıqlar nəticə verməsə, məsuliyyətin kimin üzərinə düşəcəyi də artıq indidən siyasi mübarizənin əsas mövzularından birinə çevrilib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri