Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

“Sülh Şurası”: Azərbaycan həm təşəbbüskar, həm də tərəfdaşdır

“Sülh Şurası”: Azərbaycan həm təşəbbüskar, həm də tərəfdaşdır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsinə qədəm qoyub. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması və geosiyasi qarşıdurmaların kəskinləşməsi mövcud idarəetmə mexanizmlərinin effektivliyini ciddi şəkildə sual altına alır. Ənənəvi beynəlxalq təsisatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, müasir çağırışlara operativ və nəticəyönümlü cavab verməkdə çətinlik çəkir.

Məlum olduğu kimi, hazırda dünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədən Qəzzada davam edən hadisələr və Rusiya–Ukrayna müharibəsi beynəlxalq təhlükəsizlik mexanizmlərinin böhranını açıq şəkildə nümayiş etdirir. BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada tam təmin olunmaması təşkilata olan etimadı zəiflədir.

Məhz bu reallıqlar fonunda, Donald Trump administrasiyası tərəfindən alternativ çoxtərəfli mexanizm kimi “Sülh Şurası” təşəbbüsü irəli sürülüb. ABŞ-nin BMT-nin bir sıra strukturlarından çıxması və maliyyələşməni dayandırması da yeni platformaların formalaşdırılmasını sürətləndirən amillərdən biri kimi qiymətləndirilir. Yeni təşəbbüsün məqsədi daha çevik, operativ və siyasi iradəyə əsaslanan qərarvermə mexanizmi yaratmaqdır.

“Sülh Şurası” konsepsiyasının praktik müstəviyə keçidi Şarm əl-Şeyx şəhərində keçirilmiş sammit çərçivəsində baş tutub. Həmin tədbirə Prezident İlham Əliyev şəxsən dəvət olunub ki, bu da Azərbaycanın beynəlxalq sülh gündəliyində artan rolunun göstəricisidir.

İlkin mərhələdə Qəzzada hərbi əməliyyatların dayandırılması və humanitar addımların atılması istiqamətində nəticələr əldə edildiyi bildirilir. Növbəti mərhələdə isə təşəbbüsün institusionallaşdırılması və davamlı mexanizmə çevrilməsi istiqamətində işlərə başlanılıb.

Lakin təşəbbüs beynəlxalq arenada heç də birmənalı qarşılanmayıb. Xüsusilə Avropa qrupu və Çin tərəfindən mövcud beynəlxalq institutların səlahiyyət balansına mümkün təsirlərlə bağlı müəyyən narahatlıqlar ifadə olunur. Əsas sual isə bundan ibarətdir ki, “Sülh Şurası” yalnız Qəzza böhranının idarə olunması ilə məhdudlaşacaq, yoxsa qlobal miqyasda alternativ təhlükəsizlik platformasına çevriləcək?

“Sülh Şurası”na qoşulmaqla bağlı müraciət Dünya İqtisadi Forumu çərçivəsində elan edilib və Azərbaycan yaradıcı (founding) üzv statusu ilə bu təşəbbüsə qoşulub. Hazırda Şuraya 28 dövlət qoşulub və bu rəqəmin artacağı istisna edilmir.

Azərbaycanın bu formatda təmsil olunması ölkənin artan siyasi çəkisinin, çoxtərəfli diplomatiyada qazandığı etimadın və etibarlı tərəfdaş imicinin göstəricisidir. Xüsusilə Ermənistanla sülh gündəliyinin irəli aparılması və uzun illər davam edən münaqişənin məhz milli suverenlik və beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi Azərbaycanın təqdim etdiyi modelin qlobal kontekstdə diqqət çəkməsinə səbəb olub.

“Sülh Şurası”nın ilk iclası Vaşinqtonda keçirilib və Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə tədbirdə iştirak edib. Bu fakt Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Tədbir çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş və əlsıxma da diqqət çəkən məqamlardan olub.

Gündəliyin əsas məsələlərindən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, bərpa-quruculuq işləri və humanitar missiyaların təşkili olub. Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası da müzakirə predmetinə çevrilib. Lakin Prezident İlham Əliyev yanvarın 5-də yerli mediaya verdiyi müsahibədə Azərbaycanın həmin qüvvələrin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib. Yeni müharibədən çıxmış ölkə kimi Azərbaycanın hərbi kontingent göndərməsinin cəmiyyətdə həssaslıq doğura biləcəyi nəzərə alınır. Bu mövqe Azərbaycanın xarici siyasətində məsuliyyətli yanaşma, ictimai rəyin nəzərə alınması və regional prioritetlərin qorunması prinsiplərinə əsaslanır.

Eyni zamanda Azərbaycan Qəzzada humanitar missiyalarda və investisiya layihələrində iştirak imkanlarını istisna etmir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ölkənin post-münaqişə idarəçiliyi sahəsində formalaşdırdığı təcrübəni beynəlxalq platformada paylaşmaq üçün real əsas yaradır.

Mövcud qlobal reallıqlar göstərir ki, beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi qaçılmazdır. “Sülh Şurası” təşəbbüsü bu transformasiya prosesinin bir elementi kimi qiymətləndirilə bilər. Onun gələcək taleyi isə həm böyük güclərin mövqeyindən, həm də təşəbbüsün praktik nəticələrindən asılı olacaq.

Azərbaycan isə bu prosesdə həm təşəbbüskar, həm də məsuliyyətli tərəfdaş kimi çıxış edərək yeni beynəlxalq düzənin formalaşmasında öz sözünü deməyə hazır olduğunu nümayiş etdirir.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see242

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see192

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see191

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see190

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see187

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see182

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see182

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see178

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see178

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri