“Sülh istəyən” Rusiya yenə Kiyevi bombaladı Ölənlər və yaralananlar var + VİDEO
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gecə Rusiya Kiyevə daha bir kütləvi raket və PUA hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna rəsmi orqanlarının məlumatına görə, hücum nəticəsində dinc əhali arasında ölən və yaralananlar var. Zərbə itkilərə və dağıntılara səbəb olub.
Şəhərə “Kinjal” və “İskəndər” raketlərinin atıldığı bildirilir. Kiyev meri Vitali Kliçkonun dediyinə görə, Svyatoşinski rayonundakı hücum nəticəsində dağılan binanın dağıntıları altında insanlar qalıb.
Xilasedicilər bildiriblər ki, "Dnepr rayonunda 9 mərtəbəli binaya dəyən zərbə nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 17 nəfər yaralanıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin son məlumatlarına görə, gecə baş verən hücum nəticəsində Kiyevdəki binaların birində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri dağılıb. Dnepr rayonunda doqquzmərtəbəli yaşayış binasına da ziyan dəyib, altıncı və yeddinci mərtəbələrdə dağıntı və yanğın qeydə alınıb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
Ruslar Brovarski, Belotserkovski və Vışqorod rayonlarına da zərbə endirib. Orada daha dörd ev dağılıb.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Ternopıl şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 30 dinc sakin həlak olmuş, 100-ə yaxın insan yaralanmışdı.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Noyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















