Icma.az
close
up
RU
Sülh müqaviləsi harada imzalanacaq: “Ya sərhəddə, ya da...”

Sülh müqaviləsi harada imzalanacaq: “Ya sərhəddə, ya da...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin maddələri ilə bağlı razılaşma əldə edilməsi hələ sülh müqaviləsinin imzalanması üçün əsas vermir". 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın haqlı şərtləri var: 

"Ermənistan ilk növbədə həmin şərtlərə əməl etməlidir. Onlardan biri başqa qüvvələrin sərhəddə yerləşdirilməməsidir. Düzdür, bu barədə razılıq var, lakin rəsmi İrəvan hələ də həmin istiqamətdə addım atmayıb. Bundan başqa, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir. İrəvan hakimiyyəti konstitusiya dəyişikliyinin olacağını desə də, prinsip etibarilə hansı yöndə olacağını açıqlamır. Bütün bu nüansları nəzərə alaraq 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyini düşünmürəm. Hələ ki, bu məsələ şübhə altındadır". 

Ekspert qeyd edib ki, konstitusiya ilə beynəlxalq müqavilələr arasında ziddiyyət yaranırsa, konstitusiyasının normaları tətbiq olunur: 

"Ermənistan Konstitusiyasında isə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Ona görə də rəsmi Bakı konstitusiyanın dəyişdirilməsini tələb edir. Gələcəkdə bizə qarşı hansısa ərazi iddiası olmaması üçün bu addımın atılması mütləqdir. Ermənistan bunu etmək istəmirsə, deməli, Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Ərazi iddiaları olan yerdə isə hər hansısa sülhdən söhbət gedə bilməz. Ona görə də yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasını gözləmək ağlabatan deyil". 

Qulamhüseyn Əlibəyli Bakı ilə İrəvan arasında razılaşma olacağı təqdirdə, sülh müqaviləsinin harada imzalana biləcəyi barədə də danışıb:

"Məncə, sülh müqaviləsinin harada imzalanması prinsipial əhəmiyyət kəsb etmir. Əgər iki ölkə aradında razılıq olarsa, sülh müqaviləsi ya sərhəddə, ya da qonşu dövlətlərin birində imzalana bilər. Məsələn, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin Qazaxıstan və ya başqa türk dövlətində, hətta neytral mövqe tutan Avropa ölkəsində imzalanması da mümkündür". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan Ermənistan Qulamhüseyn Əlibəyli sülh müqaviləsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri