Icma.az
close
up
RU
5 illik xətt başa çatdı: “Sabah ya sülh müqaviləsi imzalanacaq, ya da müharibə başlayacaq“ MÜSAHİBƏ

5 illik xətt başa çatdı: “Sabah ya sülh müqaviləsi imzalanacaq, ya da müharibə başlayacaq“ MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir:

- Azərbaycanla Ermənistan sülh sazişinin mətni razılaşdırıldıqdan sonra sazişin nə vaxt imzalanacağı haqqında fikirlər səslənir. 5 ilə 17 bəndlik sülh layihəsi üzərində razılığa gələn tərəflərin qısa zamanda yekun sənədə imza atması gözlənilirmi?

- Bakı və İrəvan arasında sülh sazişi üzrə bütün bəndlərlə bağlı razılığa gəlinməsi tarixi hadisədir. İlk dəfə olaraq iki ölkə siyasətçiləri bütün müdəalarla bağlı aralarında olan məsələlərə aydınlıq gətirirlər. Bu isə böyük bir yolun qısa zamanda qət edilməsi deməkdir. Bundan sonra növbə yeni məhlədədir. Yeni mərhələdə isə digər məsələləri həll etmək mümkün olar. Əgər 17 bəndlik sülh mətni ilə bağlı razılıq əldə olunubsa, digər məsələlərin də həllini tapması elə də uzaqda olmamalıdır. Sülh razılaşmasında rəsmi Bakı tərəfindən irəli sürülən prinsipial məsələlər var idi. Bununla bağlı İrəvan üzərinə öhdəlik götürür. Azərbaycan isə bu kimi məsələlərin təkcə sözdə deyil, praktiki olaraq həllini istəyir. Hətta hüquqi sənəd imzalansa belə bunun işlək olub-olmaması gündəlikdə qalır. İrəvan əslində məhz bu reallığı sülh müqaviləsi imzalanana qədər sübut etməlidir. Tərəflər sülh sənədinin paraflanmış variantı əsasında razılığa gələ bilər. Bu mətnin izalanması uzunmüddətli prosesdir.

- Sülh prosesinə erməni cəmiyyətinin münasibəti necə müəyyənləşəcək?

- Əgər doğrudan da, erməni cəmiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirsə, Nikol Paşinyan hakimiyyəti tez bir zamanda konstitusiyanı yenisi ilə əvəzləmək üçün referenduma getməklə bağlı qərar verməlidir. Ermənistan hakimiyyəti ilə yanaşı erməni cəmiyyəti də referenduma getməklə Azərbaycanla sülh müqaviləsinə, ona qarşı ərazi iddiasının olmamasına “hə” demiş olur. Bu da gələcəkdə Ermənistandakı siyasi hakimiyyətlərin hüquqi sənəd ətrafında cığallıq etməyəcəklərini əngəlləmiş olur. Əslində, seçilmiş bir rəhbərin imzaladığı sənəd geri dönüşü olmayan xarakterə malikdir. Ona görə də Ermənistandakı sonrakı hakimiyyətlər Azərbaycanla imzalanacaq sənədi hüquqi cəhətdən sual altına qoya bilməzlər. Erməni cəmiyyətinin psixologiyasına yaxşı bələd olan Azərbaycan sülh mətninin həm də onlar tərəfindən qəbul edilməsinin tərəfdarıdır.

- Sülh mətni üzəriə əldə edilən razılaşmanın Bakı ilə İrəvan arasında hər şeyi həll etdiyini söyləmək nə dərəcədə məntiqlidir?

- Sülh mətninin razılaşdırılması həll edilməsə də, bu, böyük bir yolun qət edilməsi deməkdir. Zəngəzur dəhlizinə gəldikdə isə, Ermənistan tərəfi hələ də de-fakto olaraq bu xəttin açılması ilə bağlı fəaliyyət göstərməyib. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan iddialar aradan qaldırılmayıb. Bundan əlavə şərti sərhəddə üçüncü tərəflərin bölgəyə yerləşdirilməsi kimi məsələlər də həllini tapmalıdır. Bu konponentlərlə bağlı razılığa gəlinməyəcəksə, sülh müqaviləsinin bağlanması kimi yeni müharibənin başlanması ehtimalı da əlli-əliyədir. Ona görə ki, Ermənistan suveren dövlət deyil və o daimi başqalarının təsiri altına düşür. Son zamanlar ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında münasibətlərin istiləşməsi Cənubi Qafqaz ətrafında son üç ildə olan geosiyasi vəziyyətə təsir edib. Məhz bunun fonunda Paşinyanın hansı demarşları etməsi də müşahidə edilir. Artıq o Moskvada keçiriləcək 9 May qələbə paradına getməyə razılıq verib ki, o keçən ilə bu tədbirlərdə iştirakdan imtina etmişdi və Rusiya ilə bağlı daha çox soyuq münasibətlərə üstünlük verirdi. Son bir ayda olanlar isə göstərdi ki, Ermənistan yenidən cinahını dəyişə bilər. Belə olan halda bölgə üçün də maraqlı hadisələrin baş verəcəyi pronozlaşdırılır. Heç kim zəmanət verə bilməz ki, sabah Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və yaxud yeni müharibə başlayacaq. Buna görə də Paşinyan səmimi olmalı sülh istədiyini şərtlərə əməl etməklə təsdiq etməlidir.

- İrəvan yekun razılaşmaya daha tez imza atmağa çalışır. Bu nə ilə bağlıdır? Ermənistanı tələsdirən nədir?

- Ermənistanın yekun sülh razılaşmasını daha tez imzalamağa çalışması ilə bağlı verilən bəyanatlar daha çox beynəlxalq ictimaiyyətə istiqamətlənib. Bu əslində guya İrəvanın sülh tərəfdarı olduğunu göstərmək üçün edilən cəhddir. Bölgədə dəyişən geosiyasi vəziyyət və güclü Azərbaycan amilini nəzərə alaraq Ermənistan bu kimi addımlar atmaq istəyir. Amma bu addımlar heç də onların səmimi olduğunu göstərmir. Belə səmimi görüntünün arxasında nəsə başqa niyyətin gizlənmədiyini də söyləmək çətindir.

- Zəngəzur dəhlizinin açılması və Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı məsələlər necə həll olunacaq? Sülh razılaşmasından sonra bu məsələlərin həlli nə dərəcədə inandırıcıdır?

- Zəngəzur dəhlizi ilə bağlı situasiya və yanaşmalar fərqlidir. Ola bilsin ki, bu məsələ ilə bağlı bağlı qapılar arxasında ciddi müzakirələr gedir. Bu yolun açılması hətta bir neçə ayın nəticəsi də ola bilər. Əgər Ermənistan tərəfi şərti sərhəddə vəziyyəti gərginləşdirməsə, bölgədə yeni hərbi eskalasiya yaratmasa, bu mümkündür. Açılacaq kommunikasiya xəttlərinin necə adlandırılmasından asılı olmayaraq yüklərin və sərnişinlərin maneəsiz keçidi ilə bağlı ortaq məxrəcə gəlinəcək. Eyni zamanda bu yolun Zəngəzurun hansı rayonları vasitəsi ilə həyata keçirilməsi ilə bağlı nəticənin əldə edilməsi mümkündür. Zəngəzur dəhlizi yaxın ay və ya illərdə reallaşacaq layihədir. Bu Avrasiyanın orta xəttində Şimal-Cənub, Şərq-Qərb dəhlizində çox vacib nöqtələrdən bir olacaq. Dəhlizin açılması ilə bölgədə yeni iqtisadi imkanlar, kommunikasiyalar özünü biruzə verəcək. Həmçinin yaxın yüz ildə bölgənin gələcəyi onun tarixi keçmişinə qayıdışı ilə nəticələnəcək. Bununla regiondakı demoqrafik vəziyyət, siyasi xəritələr, digər göstəricilər tarixi reallığına qovuşacaq. Hazırda bəzi regional ölkələr bununla bağlı mövqelərini nümayiş etdirir. Bəzi qlobal güclər isə bu yolun tezliklə açılmasını istəyir. Bu regional və qlobal güclərin maraq toqquşması deməkdir. Amma bütün bunların fonunda Zəngəzur dəhlizi Avrasiyada yaxın 10 ildə reallaşması nəzərdə tutulan mühüm bir layihədir. Dəhliz Böyük Britaniyadan Çinə qədər olan bir xəttdə Yaxın Şərq və Rusiya arasında vacib yol mahiyyəti daşıyacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see140

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see131

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see124

46 illik ömür...

20 İyun 2025 08:17see124

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see119

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see119

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see118

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see117

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see114

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see113

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri