Icma.az
close
up
RU
Sülh müqaviləsi imzalandıqdan sonra üçtərəfli bəyanata ehtiyac qalmayacaq ŞƏRH

Sülh müqaviləsi imzalandıqdan sonra üçtərəfli bəyanata ehtiyac qalmayacaq ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Artıq Vaşinqton görüşü keçirildikdən və sülh müqaviləsi paraflandıqdan sonra Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli bəyanat qüvvədən düşmüş sayılır. Çünki həmin bəyanat müharibənin dayandırılmasına yönəlmişdi".

Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanat artıq qüvvədən düşməsi ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.

"Artıq müharibə dayandırılıb, iki ölkə arasındakı əsas məsələlərin böyük hissəsi danışıqlar yolu ilə həll olunub və sülh müqaviləsinin imzalanması üçün yalnız texniki məsələlər qalıb. Sülh müqaviləsi paraflanıb və Azərbaycanla Ermənistan arasında razılaşdırılmamış bir çox məqam da artıq öz həllini tapıb. İki ölkə arasında müharibə bitib, eyni zamanda sülh şəraiti də formalaşıb. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında ciddi gərginlik müşahidə olunmayıb".

Onun sözlərinə görə, regionda geosiyasi reallıqlar da dəyişib:

"Həm rəsmi İrəvanın, həm də rəsmi Bakının Rusiya ilə münasibətlərində üçtərəfli bəyanatın imzalandığı dövrlə müqayisədə fərqli situasiya yaranıb. Cənubi Qafqaz yeni geosiyasi reallıqlar şəraitindədir və belə olan halda üçtərəfli bəyanatın qüvvədə qalmasına, yaxud onun şərtlərinə uyğun hərəkət edilməsinə ehtiyac yoxdur. Bundan sonra müxtəlif səviyyəli görüşlər keçirilib və artıq ABŞ-nin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında imzalanmış yeni bir razılaşma mövcuddur. Bu razılaşmanın hüquqi çəkisi daha böyükdür və sülh yolunda daha faydalı olacaq.

Sözügedən sənəd sülh müqaviləsinin ilkin variantıdır. Yəni paraflanıb və onun əsasında yekun sülh müqaviləsi imzalanacaq. Sülh müqaviləsi imzalandıqdan sonra üçtərəfli bəyanata ehtiyac qalmayacaq. Çünki həmin bəyanat sadəcə olaraq müharibənin aktiv fazasını dayandırmaq üçün nəzərdə tutulmuşdu. Müharibə isə artıq uzun müddətdir ki, başa çatıb və qarşıdakı proses birbaşa sülh müqaviləsinin imzalanmasına yönəlib. Bu baxımdan üçtərəfli bəyanat gündəmdən çıxır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri