Icma.az
close
up
RU
Türkiyənin Ermənistanla münasibətləri sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq

Türkiyənin Ermənistanla münasibətləri sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, - deyə o, Türkiyə qəzetinə bildirib.

Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir. “Biz razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən şadıq. Sərhədlə bağlı son qərarlar (delimitasiya) bu irəliləyişin bariz nümunəsidir”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiq edib. Bundan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlamentin qəbul etdiyi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında Əsasnaməni imzalayıb.

Həmçinin bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrda Kazanda BRİKS sammiti çərçivəsində keçirilən görüşdən sonra xarici işlər nazirlərinə sülh müqaviləsini imzalamaq üçün yekunlaşdırmağa göstəriş veriblər.

Ümumi sərhədə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri onların yaradılmasına dair protokollar imzalasa da, bu sənədlər hər iki tərəfindən ratifikasiya olunmayıb. Ankara dəfələrlə bəyan edib ki, İrəvanla münasibətlərin normallaşması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see222

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see206

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see182

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see169

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see153

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see150

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri