Sülh müqaviləsindən əvvəl bu məsələ həll olunmalıdır
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Rizvan Nəbiyev Cənubi Qafqazda davam edən sülh prosesi və Ermənistanla münasibətlərin normallaşması istiqamətində vacib məqamları diqqətə çatdırıb.
"Yeni Sabah" xəbər verir ki, R.Nəbiyev vurğulayıb ki, regionda sülh kövrək bir proses olaraq qalmamalı, fundamental hüquqi təminatlarla möhkəmləndirilməlidir.
Deputatın sözlərinə görə, Ermənistanla sülhün bərqərar olması hüquqi, siyasi, iqtisadi, humanitar və beynəlxalq ölçülərdə konkret addımların atılmasını tələb edir. Bu xüsusda ilk növbədə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı yer alan ərazi iddiaları aradan qaldırılmalı və sülh müqaviləsinin imzalanması üçün zəruri hüquqi baza təmin olunmalıdır. Dominos pizza
Siyasi iradənin vacibliyini qeyd edən parlamentari sülh müqaviləsinin imzalanmasının süni şəkildə uzadılmasının müxtəlif problemlərə yol aça biləcəyini diqqətə çatdırıb. O bildirib ki, yalnız müqavilə imzalandıqdan sonra dövlətlərarası münasibətlərin normallaşdırılması, o cümlədən diplomatik əlaqələrin qurulması istiqamətində real addımlar atıla bilər.
İqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin bərpası məsələsinə toxunan Rizvan Nəbiyev Azərbaycanın bu istiqamətdə ardıcıl addımlar atdığını söyləyib.
O, elektrik şəbəkələrinin əlaqələndirilməsi məsələsinin təkcə texniki xarakter daşımadığını, eyni zamanda milli təhlükəsizlik baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
Deputat, həmçinin humanitar məsələlərin həllinin sülh prosesinin mühüm tərkib hissəsi olduğunu bildirərək, I və II Qarabağ müharibələrindən itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılmasının vacibliyini qeyd edib və Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















