Icma.az
close
up
RU
Sülh sazişindən əvvəl ticarət?

Sülh sazişindən əvvəl ticarət?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilk yükdaşıma əməliyyatı Qazaxıstan taxılının Ermənistana daşınması olub. Ötən ilin dekabrın 18-də isə Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Aprelin 14-də isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb. İndiyədək isə Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə isə bu günə kimi 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Hazırda ən çox verilən suallardan biri də budur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa və iqtisadi əlaqələr bərpa olunarsa, iki ölkə arasında iqtisadi əlaqələrin perspektivi necədir?

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq olaraq, Ermənistana enerji məhsullarının ixracatını həyata keçirir. Deputat vurğulayıb ki, Azərbaycan üzərindən Ermənistana bütün növ yüklərin daşınması ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb:

“Bu da Azərbaycanın regionda sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, kommunikasiyaların bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir. Bu, regionda dayanıqlı sülhün formalaşmasına xüsusi töhfə verəcək. Ermənistan və Azərbaycan arasında aparılan qiymətləndirmələr göstərir ki, ticarət dövriyyəsi 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik 300 milyon dollar ətrafında dəyişə bilər. Söhbət birbaşa qarşılıqlı idxal-ixrac əməliyyatlarından gedir. Sözsüz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yükün daşınmasına, eyni zamanda region ölkələrinin faydalanmasına imkan yaradacaq. Təbii ki, beynəlxalq yükdaşımalardan da daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq, həm dayanıqlı sülh, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.

İqtisadçı Eyyub Kərimli isə Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistandan kənd təsərrüfatı məhsulları, əsasən də meyvə-tərəvəz, alkoqollu içkilər, mineral sular, bəzi tikinti materialları idxal oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Aprel 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri