Icma.az
close
up
RU
Sülh planı ilə bağlı kritik danışıq: “Volodimiri qorumalıyıq”

Sülh planı ilə bağlı kritik danışıq: “Volodimiri qorumalıyıq”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Avropa İttifaqı liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə ABŞ-nin təhlükəsizlik zəmanəti olmadan Rusiyanın sülh tələbləri ilə razılaşmamağı məsləhət görüblər. 

Bu məsələ Ukrayna lideri ilə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında 1 dekabrda telefon danışığı zamanı qaldırılıb. Makron bildirib ki, Vaşinqtondan Ukraynanın ABŞ tərəfindən necə qorunacağı barədə ətraflı izahat istənilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu məlumatlı mənbələr “Wall Street Journal” (WSJ) qəzetinə bildiriblər. 

“Der Spiegel” əvvəllər də bu söhbət barədə məlumat yaymışdı. Nəşrin əldə etdiyi məlumata görə, Fransa Prezidenti deyib: 

"ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində Ukraynaya xəyanət etməsi ehtimalı var". 

O, həmçinin Zelenskiyə Kiyevin Donbası Rusiyaya təslim etməsi tələb olunan sülh sazişinin yaratdığı "böyük təhlükə" barədə xəbərdarlıq edib. Merts amerikalı danışıqçılara, yəni ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkof və Trampın kürəkəni Cared Kuşnerə işarə edərək deyib: "Onlar sizinlə və bizimlə oyun oynayırlar".

"Der Spiegel" qəzetinin məlumatına görə, telefon danışığında Finlandiya Prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte də iştirak edib. Stubb deyib: "Biz Ukraynanı və Volodimiri bu adamlarla tək qoymamalıyıq". Rutte qeyd edib ki, AB ölkələri “Volodimiri qorumalıdır".

Xatırladaq ki, noyabrın ortalarında ABŞ Ukraynaya sülh planının layihəsini təqdim edib. Sazişin 28 bəndindən biri Kiyevin etibarlı təhlükəsizlik zəmanətləri almasını tələb edir. Donald Trampın sözlərinə görə, Vaşinqton və Kiyev nümayəndələri arasında aparılan danışıqlardan sonra bu sənəd 22 bəndə endirilib. Ukrayna sülh üçün ərazi güzəştlərini istisna edib.

2 dekabrda Vitkof və Kuşner planı Moskvada Rusiya Prezidenti Vladimir Putinə təqdim ediblər. “NBC News” mənbələrinin yazdığına görə, Putin Donbas ərazisi, Ukrayna Silahlı Qüvvələrinin nəzarətindəki ərazilərin beynəlxalq səviyyədə tanınması məsələsində güzəştə getməkdən imtina edib. Rusiya Prezidenti Donbası "nə olursa olsun" ələ keçirəcəyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Sülh planı Zelenski

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri