Icma.az
close
up
RU
Sülh planı təsdiqləndi Sülhməramlılarımız Qəzzaya gedə bilər

Sülh planı təsdiqləndi Sülhməramlılarımız Qəzzaya gedə bilər

Icma.az bildirir, Modern.az portalına istinadən.

BMT Təhlükəsizlik Şurası  ötən gün Qəzza ilə bağlı "Tramp planı"nı dəstəkləyən qətnamə qəbul edib.

Qətnamə Qəzza zolağında müharibənin dayandırılmasını, keçid idarəetmə orqanının yaradılmasını və beynəlxalq sabitləşdirmə qüvvəsinin, yəni sülhməramların bölgəyə yerləşdirilməsini nəzərdə tutur.

Bu isə Azərbaycanın prosesdə iştirak edib-etməyəcəyi ilə bağlı məsələni yenidən aktuallaşdırır.  Bundan öncə, ekspert rəylərində Azərbaycanın sülh prosesində necə iştirak edə biləcəyinin sülh planının təsdiqindən sonra mümkün olacağı bildirilirdi. Bu barədə "Reuters" agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Azərbaycan yalnız hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra belə bir məsələyə baxa bilər. “Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız döyüşlər tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə mənbə bildirib.

Qeyd edilib ki, qoşun göndərilməsi qərarı parlament tərəfindən təsdiqlənməlidir.

Modern.az-a açıqlamasında politoloq Eldar Cəfərov bildirib ki, Azərbaycan Yaxın Şərqdə sülhün olmasında maraqlıdır:

“Azərbaycan daim beynəlxalq hüququn tərəfdarıdır. Nəinki Yaxın Şərq ərazisində, eləcə də Avropada Kosova, Asiyada İraqdan tutmuş Əfqanıstan məsələlərində Azərbaycan sülhməramlıları daim öz üzərlərinə düşən öhdəliklərini yerinə yetiriblər. İndi də Qəzza məsələsi var. Əvvəla, Azərbaycan Yaxın Şərqdə maraqlı qüvvədir. Ölkəmiz Suriyada baş verən son hadisələrdən də yan keçməyib. Beynəlxalq sülh gündəliyi çərçivəsində Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən görüşdə də Azərbaycan iştirak edib. Deməli, Azərbaycan sülhdə maraqlıdır. İran və digər dövlətlərin Azərbaycanın birbaşa İsraili dəstəkləmədə günahlandırılması isə əbəs və yalandır.

“Tramp planı”  İsrail və HƏMAS tərəfindən qəbul edilərsə, Yaxın Şərqdə sülh quruculuğu başlaya biləcək”.

Politoloq vurğulayıb ki, Azərbaycan sülhməramlılarının Qəzzada iştirakı birbaşa ölkəmizin maraqları dairəsindədir:

“Sülh quruculuğu işlərində Azərbaycan mütləq şəkildə həmişə iştirak edir. Əfqanıstan və İraqda da bu özünü göstərib. Məktəblərin bərpası və onların təhlükəsizliyinin qorunması, strateji obyektlərdə hərbçilərimizin iştirakı bu sahədə təcrübəli olduğumuzu göstərir. Ona görə də, Azərbaycan ordusunun hərbçilərinin Qəzzada iştirakı vacibdir və bu mütləq olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri