Icma.az
close
up
RU
Sülh quruculuğu parlament müstəvisində də inkişaf edir

Sülh quruculuğu parlament müstəvisində də inkişaf edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yekun müqavilədən sonra Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılacaq

Son dövrlərin mənzərəsi onu deməyə əsas verir ki, Bakı və İrəvan arasındakı münasibətlər artıq köhnə düşmənçilik ritorikasından uzaqlaşaraq, qarşılıqlı dövlət maraqları müstəvisində formalaşmağa başlayıb. Uzun müddət kənar güclərin strateji maraqlarını reallaşdırdığı poliqon rolunu oynayan Cənubi Qafqaz hazırda dövlətlərin bir-birinin prinsiplərinə qarşılıqlı hörmət bəslədiyi yeni mərhələyə qədəm qoyur. Bu dövrün ana xəttini isə bir vaxtlar qeyri-mümkün görünən, lakin rəsmi Bakının qətiyyətli mövqeyi sayəsində hazırda konkret müzakirə masasına çıxarılan iqtisadi əlaqələrin inkişafı, kommunikasiya xətlərinin açılması və suverenliyə qarşılıqlı ehtiram təşkil edir. Mövcud yeni geosiyasi reallıq fonunda qeyd olunan prinsiplərin hüquqi və siyasi müstəvidə daha da möhkəmlənməsi üçün parlamentlərarası münasibətlərin inkişafı artıq zərurətə çevrilib.

Bu baxımdan, ötən gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında baş tutan görüş müstəsna əhəmiyyət kəsb edir. Tərəflərin sayca üçüncü olan bu görüşünün əvvəlki iki təmasdan fərqli olaraq Cenevrənin neytral mühitindən İstanbula daşınması Bakı və İrəvan arasında davam edən birbaşa təmasların artıq regionun aparıcı gücləri ilə etibarlı formada koordinasiya edildiyini göstərir. Eyni zamanda, bu, Ermənistan tərəfinin Ankaranın vasitəçilik trayektoriyasına və regional sülh modelinə olan etimadının artmasının bariz nümayişidir. 

Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində sülh və sabitliyin təmini, habelə ticarət-iqtisadi əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər məmnunluqla qeyd edilib. Tərəflər hər iki cəmiyyət arasında qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan görüşdən dərhal sonra jurnalistlərə verdiyi açıqlamada xanım həmkarı ilə müzakirə olunan məsələlərdə heç bir fikir ayrılığının olmadığını bildirib. Bu bəyanat özlüyündə rəsmi İrəvanın Azərbaycanla ticarət əlaqələrinin qurulmasına verdiyi strateji önəmi, həmçinin Ermənistanın regional təcriddən xilas olmaq üçün Bakını əsas tərəfdaş kimi qəbul etməyə başladığını nümayiş etdirir. Reallığa əsaslansaq, Simonyanın bu mövqeyi Ermənistan üçün seçimdən çox, iqtisadi zərurətə çevrilib. Azərbaycan məhsullarının Ermənistan bazarına daxil olması və ölkəmizin logistik imkanlarından tranzit marşrutu kimi istifadənin bu qədər açıq və müsbət tonda qiymətləndirilməsi İrəvanın keçmiş səhvlərindən nəticə çıxararaq rəsmi Bakı ilə əlaqələri inkişaf etdirmək niyyətindən xəbər verir.

Parlament diplomatiyası icraedici hakimiyyətlərin üzərinə götürdüyü öhdəliklərin ictimai və qanunvericilik bazasının formalaşdırılması üçün olduqca əlverişli platformadır. Bakı və İrəvan arasındakı münasibətlərin müsbət dinamikasına rəğmən hələ də həllini gözləyən bəzi fundamental məsələlər var. Məhz bu nöqtədə parlamentlərarası əlaqələrin inkişafı problemlərin nizamlanması üçün mühüm ünvana çevrilir. Hər iki cəmiyyət arasındakı mövcud fikir ayrılıqları lazımi diqqət və kommunikasiya ilə müşayiət olunmadığı təqdirdə, prosesləri yenidən gərginlik fazasına qaytara bilər. Bu baxımdan, qanunverici orqanlar səviyyəsində əməkdaşlıq həm xalqlar arasında etimadın bərpası, həm də rəsmi səviyyədə qəbul edilən qərarların dayanıqlılığının təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır.

***

İstanbul görüşünün ən vacib alt qatı isə Türkiyənin bu prosesdəki rolu ilə bağlıdır. Alen Simonyan  Sahibə Qafarova ilə görüşdən bir gün əvvəl verdiyi bəyanatda Türkiyənin regionda sülhün möhkəmləndirilməsi prosesində iştirakının vacibliyini vurğulayıb: “Rəsmi olaraq Türkiyəni regionda sabitliyin təmin olunmasına töhfə verməyə və “sülh kətanının yaradılmasında” tam hüquqlu tərəfdaş kimi çıxış etməyə dəvət edirəm. Bu addım regionda uzunmüddətli sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır”. Simonyanın çıxışı onu deməyə əsas verir ki, İrəvan uzun illər davam edən "üçüncü tərəf" axtarışında artıq Qərb və ya Rusiya balansından daha çox, regiondaxili oyunçulara üstünlük verir. Bu, illərdir rəsmi Bakının dediyi "regionun taleyi regionda həll olunmalıdır" prinsipinin Ermənistan tərəfindən qəbul deməkdir. İstanbul görüşü göstərir ki, sonuncu dəfə ötən ilin oktyabrındakı Cenevrə görüşündən bəri keçən müddətdə tərəflər artıq ortaq dil tapmaqla yanaşı, həm də gələcək tərəfdaşlığın yol xəritəsini cızmağa başlayıblar. 

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbul görüşü sülh müqaviləsinin imzalanması ərəfəsində mühüm psixoloji keçidlərdən biridir. Əgər ticarət əlaqələri və tranzit məsələləri artıq parlament səviyyəsində bu dərəcədə konsensusla qarşılanırsa, deməli, regionda yeni geosiyasi reallıq bərqərar olur. Bu reallıq, qarşıdurma üzərində qurulmuş köhnə paradiqmaların yerini, iqtisadi mənfəət və qarşılıqlı hörmət üzərində formalaşan dayanıqlı sülh modelinə verir. İndi əsas məsələ bu siyasi iradəni praktik müstəviyə, yəni sərhədlərin tam açılmasına və rəsmi sülh sənədinin ratifikasiyasına çevirməkdir.

Tacir SADIQOV

XQ

Ekspert rəyi

Azər ALLAHVERƏNOV, Milli Məclisin deputatı

Azərbaycan və Ermənistan  parlament sədrlərinin bu cür təmasları bütövlükdə qarşılıqlı etimad və hörmətin formalaşmasına xidmət edir. Çünki nəzərə alsaq ki, iki ölkə arasında müxtəlif sahələrdə təmaslar intensivləşir. Xüsusilə Ermənistana bəzi kritik məhsulların ölkəmiz üzərindən tranzit şəkildə göndərilməsi, eyni zamanda ölkəmizdən kommersiya məqsədilə benzin və dizelin  Ermənistana çatdırılması Azərbaycana münasibətin müsbət mənada dəyişməsinə gətirib çıxarır.

Bununla yanaşı, siyasi müstəvidə qurulan təmaslar da ümumilikdə sülh prosesinin inkişafına və iki dövlət arasında münasibətlərin normallaşmasına birbaşa xidmət edir. Bu baxımdan hesab edirəm ki, belə təmaslar, xüsusilə də hər iki ölkənin siyasi rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilən görüşlər və bu müstəvidə aparılan sülh danışıqları ümumi sülh quruculuğu prosesində aparıcı rol oynayır. Yəni bu təmaslar sülh quruculuğunda əsas drayver qismində çıxış edir, bir növ həmin proseslərin əsas lokomotivi rolunu oynayır.

Digər tərəfdən, məsələ sülh müqaviləsi imzalandıqdan sonra Milli Məclisdə Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması məsələsi gündəmə gələcək. Nəticə etibarilə, bu prosesdə iştirak edəcək deputatlardan ibarət heyət qarşıya qoyulan vəzifələrə uyğun şəkildə formalaşdırılacaq. Hazırda ayrı-ayrı deputatların bu mövzu ilə bağlı fikirlərini mediada zaman-zaman səsləndirdiyini müşahidə edirik. Lakin istənilən halda hesab edirəm ki, sülh müqaviləsi ən yaxşı ehtimalda Ermənistanda referendum keçirildikdən və Konstitusiya dəyişiklikləri baş tutduqdan, buna qədər isə keçiriləcək parlament seçkilərində Paşinyan tərəfdarları qalib elan olunduqdan sonra  imzalana bilər. Bundan sonra isə artıq müvafiq heyətin formalaşdırılması ilə bağlı yarana biləcək zərurət ətrafında daha konkret fikirlər söyləmək mümkün olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri