Icma.az
close
up
RU
Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq platformalar müstəvisində

Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq platformalar müstəvisində

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqazın lideri olan ölkəmiz bu uğura çoxvektorlu və balanslaşdırılmış xarici siyasət sayəsində nail olub. Ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən dövr ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə edib.

Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir

Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün də fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin ərazi bütövlüyünün  və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin yaranıb. Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə  tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.

Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhəddinin 12 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib.

Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstiutusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq.

AŞ Nazirlər Komitəsinin 134-cü sessiyasında...

Bütün bunlar Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında da səsləndirilib. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin mayın 13-14-də Lüksemburq şəhərində keçirilmiş 134-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışı zamanı cari ilin mart ayında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını diqqətə çatdırıb. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməli olduğu, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv edilməsinin zəruriliyi vurğulanıb. E.Məmmədov Azərbaycanın iki ölkə arasında normallaşma prosesi ilə əlaqəli bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib.

Azərbaycanın AŞPA-da iştirakı qeyd-şərtsiz bərpa olunmalıdır

Nazir müavini çıxışında 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu və 2019-cu ildə təşkilatın Nazirlər Komitəsinin qəbul etdiyi qərarda əksini tapmış “bütün üzv dövlətlər bərabər əsasda Avropa Şurasının iki nizamnamə orqanında iştirak etməlidir” müddəası ilə ziddiyyət təşkil etdiyini bildirib. O, parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan Assambleyada Azərbaycanın iştirakını qeyd-şərtsiz bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb.

Mayın 14-də nazir müavini Elnur Məmmədov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl Oflaherti və təşkilatın İnsan hüquqları və qanunun aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə də  görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri