Icma.az
close
up
RU
“Sülh sammiti”: “Bu, tarixi hadisədir”

“Sülh sammiti”: “Bu, tarixi hadisədir”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün beynəlxalq münasibətlər sistemində dövlətlərin sülh təşəbbüslərində iştirakı onların yalnız regional deyil, həm də qlobal miqyasda çəkisini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı da məhz bu baxımdan mühüm tarixi hadisədir:

“Şarm əl-Şeyxdə keçirilən sammit Yaxın Şərqdə uzun illər davam edən gərginliyin yumşaldılması, xüsusilə də Qəzza bölgəsində humanitar fəlakətin qarşısının alınması məqsədini daşıyırdı.

Bu mühüm toplantıya 20-dən çox ölkənin liderlərinin dəvət olunması ilə yanaşı, Azərbaycanın dövlət başçısının da dəvət alması, ölkəmizin beynəlxalq diplomatiyada etibarlı tərəfdaş, sülh və təhlükəsizlik proseslərinin aktiv iştirakçısı kimi qəbul olunduğunu bir daha sübut etdi.

Cənab Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasətinin məntiqi nəticəsidir. Bu, həm də ölkəmizin balanslı, müstəqil və praqmatik diplomatiyasının qlobal səviyyədə qəbul edilməsinin bariz göstəricisidir”.

S.Salmanova bildirib ki, ölkə bsşçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm regional, həm də beynəlxalq arenada dialoq və əməkdaşlığın təşviqçisi kimi çıxış edir:

“Ölkəmiz Türk dünyasında, İslam aləmində, həmçinin Qərb strukturları ilə münasibətlərdə balanslı mövqeyini qorumağı bacarıb. Bu xüsusiyyət Azərbaycanı dünyanın müxtəlif siyasi blokları arasında etibarlı vasitəçi dövlət kimi fərqləndirir.

Yaxın Şərq Sülh Sammitində iştirak da məhz bu siyasətin davamıdır. Azərbaycan, bir tərəfdən, İslam dünyasının üzvü kimi humanitar ədalətin bərqərar olunmasını dəstəkləyir, digər tərəfdən isə beynəlxalq hüququn və dövlətlərin suverenliyinin qorunması prinsipini müdafiə edir. Bu mövqe onu Yaxın Şərq münaqişələrinin həllində obyektiv və balanslı tərəf kimi göstərir”.

Parlamenateri Azərbaycan liderinin beynəlxalq tədbirlərdə iştirakı hər zaman konkret məzmun və təşəbbüslərlə müşayiət olunur:

“Cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sammitinə dəvət edilməsi və orada iştirakı Azərbaycanın BMT-nin prinsiplərinə və beynəlxalq ədalətə sadiqliyini bir daha nümayiş etdirdi.

Bilirsiniz ki, Azərbaycan son illərdə münaqişələrin sülh yolu ilə həlli, humanitar diplomatiya və enerji təhlükəsizliyi sahəsində təcrübəsini dünyaya təqdim edən ölkəyə çevrilib.

44 günlük Vətən müharibəsindən sonra regionda sülh və ədalətin bərpa olunması istiqamətində atılan addımlar Azərbaycanın praktiki sülh quruculuğu modelinin nümunəsinə çevrilib. Bu təcrübə indi Yaxın Şərq müzakirələrində də örnək kimi göstərilir”.

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın qlobal diplomatiyada yeni mərhələyə qədəm qoyduğunu göstərdi:

“Bu, ölkəmizin həm İslam dünyası, həm də Qərb dövlətləri ilə əməkdaşlıq platformasında sülh və sabitlik naminə mühüm missiya yerinə yetirdiyini nümayiş etdirir.

Azərbaycanın səsi artıq təkcə Qafqazda deyil, Yaxın Şərqdə, Avropada və dünyanın siyasi mərkəzlərində də eşidilir. Bu səs sülhün, ədalətin və beynəlxalq həmrəyliyin səsidir”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri