Icma.az
close
up
RU
Bu, tarixi hadisədir, görünməmiş bir şeydir Mirzoyandan sülh açıqlaması

Bu, tarixi hadisədir, görünməmiş bir şeydir Mirzoyandan sülh açıqlaması

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan və Azərbaycan nəhayət sülh sazişi layihəsinin mətni üzrə razılığa gələ biliblər və o, imzalanmağa tam hazırdır. Mən deyərdim ki, bu, tarixi hadisədir, görünməmiş bir şeydir”.
Modern.az xəbər verir ki, bunu, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, 17 maddədən ibarət olan sülh sazişi layihəsinin razılaşdırılması kifayət qədər böyük nailiyyətdir.
“Təsəvvür edin: Ermənistan və Azərbaycan uzun sürən münaqişədən, regionumuzda qan töküləndən sonra bunu bacardı, mətnlə bağlı razılığa gələ bildik. Biz təklif etdik ki, imzalanma mərasiminin yeri və tarixini müəyyən etmək üçün azərbaycanlı tərəfdaşlarımızla dərhal məsləhətləşmələrə başlasın. Lakin təəssüflə qeyd edirik ki, Azərbaycanda məsələyə bir qədər fərqli yanaşma var. Onlar hesab edirlər ki, Ermənistan sazişin imzalanmasının mümkün olması üçün bəzi əlavə addımlar atmalıdır.
Məsələn, ATƏT-in Minsk qrupunun buraxılması məsələsi qeyd olunur. Bizim mövqeyimiz ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun buraxılması prosesinə başlamağa, təşəbbüs göstərməyə tam hazırıq. Bizim təsəvvürümüz belədir ki, artıq münaqişə yoxdursa və Minsk Qrupu məhz münaqişə üçün yaradılıbsa, o zaman həmin qrupun mövcudluğuna ehtiyac da aradan qalxır. Ancaq biz münaqişənin institusional şəkildə sona çatmasını təmin etməliyik ki, bu da sülh müqaviləsinin imzalanması və ratifikasiyası olardı. Ona görə də biz azərbaycanlı tərəfdaşlarımıza təklif etdik ki, eyni gündə iki sənəd imzalansın: birincisi, ölkələrimiz arasında sülh müqaviləsi, sonra isə Minsk Qrupunun buraxılması prosesinə başlamağa hazır olmağımızla bağlı ATƏT-in müvafiq katibliyinə birgə müraciət”.

Mirzoyan Azərbaycan tərəfinin ikinci şərtindən - Ermənistan Respublikasının Konstitusiyasına dəyişiklik tələbindən də danışıb.
“Rəsmi Bakı deyir ki, Konstitusiyamızda, onun preambulasında İstiqlal Bəyannaməmizə istinad bizim Azərbaycanın ərazi bütövlüyünə ərazi iddiamız deməkdir, bu, doğru deyil”.
Mirzoyanın fikirncə problemi həll etməyin ən qısa yolu sülh müqaviləsini imzalamaq və ratifikasiya etməkdir.
Nazir deyib ki, iki ölkə arasında davam etdiriləcək delimitasiya zamanı sərhədlər Sovet İttifaqının dağılması zamanı mövcud olan sərhədlər olmalıdır.
“Dünyada bütün mümkün suallara cavab verəcək sülh sazişi yoxdur. Əgər iki cəmiyyət arasında düşmənçilik və qarşıdurma varsa, bir sənədlə hər şeyi həll edə bilməzlər. Sülh sazişi ikitərəfli mexanizmin - komissiyanın yaradılmasını nəzərdə tutur ki, bu mexanizm sazişin icrasına nəzarət edəcək, həmçinin proses zamanı qeydə alına biləcək və çox güman ki, bütün mümkün çətinliklər və qanun pozuntuları ilə məşğul olacaq. Başqa sözlə, biz bu problemləri idarə etmək üçün alətlər dəsti hazırlayırıq. Ona görə də sülh müqaviləsi imzalanmazdan əvvəl bütün mümkün məsələlərin həll edilməsi gözləntisi, fikrimizcə, nə ədalətli, nə də realdır”, - Mirzoyan vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri