Icma.az
close
up
RU
Sülh sazişi gələn ilə qaldı? İrəvandan müəmmalı MÖVQE

Sülh sazişi gələn ilə qaldı? İrəvandan müəmmalı MÖVQE

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin cari ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bildirib. Jurnalistlərə açıqlamasında o, mətnin dəqiq nə vaxt dərc olunacağını söyləməsə də, bunun ilin sonunadək baş verəcəyini söyləyib.

Baş nazirə görə, layihənin təqdimatı parlament seçkiləri ilə əlaqədar təxirə salınıb. O qeyd edib ki, hakimiyyət seçki prosesinin bitməsindən sonra təzə layihənin geniş ictimai müzakirəsini təşkil etməyi məqsədəuyğun hesab edib.

Bildirək ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi regionda da diqqətlə izlənilir. Rəsmi Bakı uzun müddətdir bu konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasının dayanıqlı sülh sazişinin imzalanması baxımından vacib olduğunu bəyan edir. Paşinyan isə daha əvvəl yeni konstitusiyanın qəbulunun Ermənistanın daxili gündəliyindən irəli gəldiyini və orada Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını deyib.

Bəs son açıqlama o anlama gəlirmi ki, sülh müqaviləsi 2026-cı ildə də imzalanmaya bilər?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Paşinyanın bu açıqlaması ilin sonuna qədər referendum olmayacağı deməkdir. Mütəxəssis hesab edir ki, hakimiyyət tərəddüd içindədir və ehtiyatını əldən vermək istəmir: "Görünür ki, bir ildə iki dəfə xalqı səsverməyə çağırmaqdan qorxur. Son seçkilərin nəticələri də göstərdi ki, istədiyi səsi ala bilmədi. Ona görə də referendumda səsvermənin yeni konstitusiyanın əleyhinə olacağından çəkinir. Görünür ki, zamana ehtiyacı var. Yeni konstitusiyada Qarabağ iddiası olmayacaq. Erməni cəmiyyətini isə referenduma hazırlamaq lazımdır".

Q.Hüseynlinin fikrincə, yekun sülh sənədinin imzalanması gələn ilə qala bilər: "Azərbaycan şərtini dəyişməyib. Bu vəziyyətdə sülh müqaviləsi bağlamaq gələcək nəsillərə problem buraxmaqdır. O halda mümkündür ki, Ermənistan ilin sonuna yaxın referendum keçirsin. Paşinyan isə qeyri-müəyyən danışıb və ilin sonuna qədər fərqli proseslər cərəyan edə bilər. Ola bilsin ki, noyabrda mətni dərc etsinlər, sonra referenduma hazırlaşsınlar. Onu da nəzərə alaq ki, hazırda parlamentdə konstitusion üstünlük də yoxdur deyə Paşinyan vaxt udmağa çalışır. Biz tələsmirik. Sülhü daha çox ermənilər istəməlidir. Amma xeyli yol qət edilib və bunun sonu sülh sazişi olmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri