Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Sülh sazişinin imzalanması tezləşə bilərmi? (ŞƏRH)

Sülh sazişinin imzalanması tezləşə bilərmi? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sülh müqaviləsinin imzalanması bir tezləşə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanması məsələsilə bağlı paylaşımına Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyan müsbət reaksiyalarını şərh edərkən deyib.

"Siyasi kuluarlarda sülh sazişinin tezləşəcəyilə bağlı optimist proqnozlar eşitməkdəyik. Prosesin sürətlənməsinə Türkiyənin də dəstək verdiyini görürük. Habelə, dəhlizlə bağlı artıq hər üç sahədə praktik işlər gedir. İstisna deyil ki, yaxın perspektivdə sülh müqaviləsi də imzalansın. Hətta bu prosesin sentyabr-oktyabr ayları ərzində baş verəcəyini proqnozlaşdıran faktorlar da az deyil. Belə tezliklə olmasa da, hər halda müqavilə tezləşəcək. Çünki hər iki tərəfdən sülh istiqamətində real addımların atıldığını görürük", deyə Üzeyir Şəfiyev bildirib.

Konfliktoloq qeyd edib ki, bu açıqlama ilə Bakı və İrəvan Vaşinqton danışıqlarına sadiq qaldıqlarını, habelə müqavilənin imzalanmasında maraqlı olduqlarını bəyan edirlər:

"Paşinyanın və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin oxşar bəyanatları ABŞ Prezidenti Donald Trampın İrəvanla Bakı arasında sülh sazişininin paraflanması ilə bağlı sosial şəbəkə platformasında paylaşımından sonra baş verib. Tramp həmin paylaşımda sülh sazişinin paraflanmasına verdiyi töhfədən bəs edib və hər iki lideri özünün dostu adlandırıb. Bundan sonra həm erməni baş nazir, həm də Azərbaycan Prezidenti bu paylaşıma görə Trampa təşəkkür bildiriblər".


Ekspert bildirir ki, Trampın paylaşımı həm sülhə mane olan dövlətlərə xəbərdarlıq, həm də Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın iradəsinin qətiyyətli olduğunun göstəricisi idi:

"Son bir neçə gün bəzi dövlətlərin prosesə əngəl yatarmaq cəhdlərini hiss edirik. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın bəyanatında bu özünü daha qabarıq şəkildə göstərirdi. Bu əsasda Trampın paylaşımına Ermənistan və Azərbaycan liderlərinin dərhal müsbət reaksiya vermələri onu göstərir ki, Zəngəzur dəhlizi və sülh müqaviləsinin imzalanmasında hər 3 tərəfin iradəsi ortadadır və heç bir kənar qüvvə ona əngəl ola bilməz".

Həmsöhbətimiz düşünür ki, Ermənistan artıq sülh müqaviləsinin imzalanması üçün Bakının irəli sürdüyü əsas şərtin təmin edilməsi istiqamətində də addımlar atır:

"Gömrük möhürlərində Ağrıdağ işarəsi götürüldü. Habelə söhbət gəzir ki, Ermənistanda referendum da seçkilərlə  eyni vaxtda keçiriləcək. Yəni bu hadisə  mütləq Azərbaycanın şərtləri nəzərə alındıqdan sonra baş verəcək". 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşıb. O, paylaşımına bu sözləri əlavə edib:

"Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!".

Azərbaycan Prezidenti İlham Əliyev Trampa "TruthSocial" hesabında paylaşıma görə təşəkkür edib. Dövlət başçısı bu barədə X sosial sosial şəbəkəsindəki səhifəsində bu barədə yazıb:

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm".

İlham Əliyev vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır: "Dostluğumuza böyük önəm verirəm".

Ermənistanın Baş naziri Nikol Paşinyan da X sosial şəbəkəsindəki səhifəsində Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edib. Baş nazir Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib:

"Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri