Icma.az
close
up
RU
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil ŞƏRH

Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Burada əsas əngəlləyici faktor Avropa Birliyinin, xüsusilə də Fransanın mövqeyidir


“Fransa Ermənistana himayədarlığını davam etdirməkdə israrlı olarsa, bu proses nisbətən uzana bilər” 



 Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi 2025-ci ilin də gündəliyində olan əsas məsələlərdəndir. Ötən il iki ölkə arasında baş tutan görüşlərdə sülh danışıqları davam etdirilsə də, müəyyən uğurlar əldə olunsa da, bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane oldu və nəticədə sülh müqaviləsi yenə də imzalanmadı.

Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində aktivlik olan kimi Qərb Ermənistana sülhə gedən yolda mane olur və onu dəyəri ödənilmədən öldürücü silahlarla yükləyir.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh mövqeyindən çıxış edib. O bildirib ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur və üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb. İnstitusional sülh yaratmaq lazımdır. Ermənistan nəinki buna hazırdır, hətta bu yoldan dönməyəcək.

Siyasi ekspert Elçin Xalidbəyli isə hesab edir ki, Nikol Paşinyanın “Sülh sazişi” ilə bağlı mövqeyi beynəlxalq və regional siyasi proseslərdən təsirlənir. Onun sözlərinə görə, Ermənistan hazırda mürəkkəb geosiyasi təzyiqlər altında qərar verməyə məcburdur: “Nikol Paşinyan da artıq yaxşı başa düşür ki, Sülh sazişinin imzalanması  Ermənistan üçün daha vacibdir. İndiki geosiyasi reallıqda Paşinyan hakimiyyətinin güvəndiyi beynəlxalq siyasi iradə mərkəzləri, Ermənistanın himayədarları çətin vəziyyətdə qalıblar. Xüsusilə də Bayden Administrasiyasının hakimiyyəti itirməsindən sonra ABŞ-də erməni faktoruna o qədər də böyük əhəmiyyət verməyən Donald Trampın yenidən prezident seçilməsi Ermənistanda çox ciddi təlaş yaradıb. Digər tərəfdən, Rusiyanın və İranın Suriyada məğlubiyyəti, Cənubi Qafqaza təsir imkanlarının zəifləməsi həm İranın, həm Rusiyanın yenə də Ermənistan üçün ciddi problemlər yaratmağa başlamasına səbəb olub. Ermənistanda artıq narahat olmağa başlayıblar ki, yaxın aylarda Ermənistan üçün fəlakətli bir situasiya yarana bilər. Ona görə də Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi mövzusunu yenidən gündəmə gətirib aktuallaşdırmağa çalışır. Ancaq bununla belə, Ermənistanın yaxın vaxtlarda sənədi imzalaması Paşinyan hakimiyyətindən, yəni rəsmi İrəvandan asılı məsələ deyil.

Burada əsas əngəlləyici faktor Avropa Birliyinin, xüsusilə də Fransanın mövqeyidir. Əgər Fransada Tramp Administrasiyasının hakimiyyətə başlamasından sonra fərqli prioritetlər istiqamətinə yönəliş olarsa, bu halda Ermənistan beynəlxalq himayəsini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qala bilər və sülh sazişinə daha çox yönəlmək məcburiyyətində olacaq. Yəni hazırda Ermənistanın sazişi imzalayıb-imzalamaması rəsmi İrəvandan asılı deyil. Bu, ABŞ-dən, Fransadan və Avropa Birliyindən asılıdır. Əgər bu məkrli üçlük Ermənistanın arxasından çəkilərsə, o zaman Ermənistan sülh sazişini imzalamaq üçün xahiş etməli olacaq. Yox əgər onlardan biri, məsələn, Fransa Ermənistana sənədi imzalamaq icazəsi verməsə və himayədarlığını davam etdirməkdə israrlı olarsa, bu proses nisbətən uzana bilər”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2025 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri