Icma.az
close
up
RU
Sülh Şurası Trampın BMT si adlandırılır Azay Quliyev

Sülh Şurası Trampın BMT si adlandırılır Azay Quliyev

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Sülh Şurasının yaradılması müasir beynəlxalq münasibətlər sistemində yeni bir tendensiyanın olduğunu ortaya qoyur. Son illər Birləşmiş Millətlər Təşkilatının (BMT) öz funksiyasını yerinə yetirmədiyini, dünyada sülhü və təhlükəsizliyi təmin edə bilmədiyini göstərən çoxlu amillər var. ABŞ Prezidenti Donald Tramp gizlətmir ki, şuranın uğurlu fəaliyyəti olarsa, BMT-ni əvəz də edə bilər. Düzdür, hələ BMT-nin potensialı olduğunu da bildirir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev Sülh Şurasının yaradılmasından və ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının BMT-ni əvəzləyə biləcəyinin mümkün olması haqda verdiyi açıqlamadan danışarkən bildirdi.

Millət vəkili vurğuladı ki, bu gün qarmaqarışıq dövrdə yaşayırıq:

"Beynəlxalq nizamın eroziyaya uğradığı, beynəlxalq hüququn ayaqlar altına atıldığı dövrdə yaşayırıq. Belə dövrdə BMT-nin funksiyasını yerinə yetirəcək bir qurumun yaradılması iddiasında super güc dövlət — Amerika kimi böyük dövlət çıxış edə bilər. Maraqlı vəziyyət odur ki, məhz Sülh Şurasının yaradılması BMT-nin noyabrda qəbul etdiyi qətnamə ilə təsdiq olunub. Çin və Rusiya veto hüququndan istifadə etməsələr də bitərəf qaldılar. Ümumi mənzərə budur ki, belə proses başlanılıb".

Onun sözlərinə görə, Sülh Şurası nə qədər uğurlu olacaq, bütün dünyanın tam dəstəyini qazanacaq — bunlar sonrakı məsələlərdir, amma ilkin addım atılıb:

"Sülh Şurasının yaranmasında əsas məqsəd Qəzzadakı vəziyyətin həlli və sülhün gətirilməsidir. Bir növ idarəetmə prosesini öz üzərinə götürən yeni quruculuq üçün yaradılan mexanizmdir. BMT-nin qətnaməsində bununla bağlı müddət var: 2027-ci ilə qədər bu mandat Sülh Şurasına verilib. Hətta Sülh Şurası Trampın BMT-si adlandırılır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri