Icma.az
close
up
RU
Donald Trampın “BMT” si... Gələcəkdə Sülh sazişi Şurası nın BMT yə alternativ kimi formalaşması gözləniləndir

Donald Trampın “BMT” si... Gələcəkdə Sülh sazişi Şurası nın BMT yə alternativ kimi formalaşması gözləniləndir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yanvarın 16-da Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Sülh sazişi Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib və eyni zamanda bir sıra ölkələrlə yanaşı Azərbaycana da təşkilata təsi üzv olmaq üçün müraciət edib, dəvət göndərilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq məlumat yayıb. XİN-in yaydığı məlumatda bildirilir ki, Azərbaycan tərəfi sözügedən dəvəti qəbul edib və Sülh Şurasına təsisçi üzvü olmaq niyyəti də ABŞ tərəfinə çatdırılacaq.. Bu, ABŞ-yə əslində rəsmi təsdiq məktubu formasında çatdırılacaq. Xarici İşlər Nazirliyinin məlumatında belə əks olunub. Eyni zamanda təklifi qəbul etməklə yanaşı, Azərbaycanın hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıqda sülh və sabitliyə xüsusi töhfə vermək niyyəti də həmin razılıq məktubunda əks olunacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məcliisn deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, yanvarın 16-da Donald Tramp tərəfindən elan edilən təşkilat əslində Qəzzada müharibəyə son qoymaq məqsədilə yaradılmış təşkilatdır və Trampın qeyd etdiyi məqsədi də bundan ibarətdir: “Məlumdur ki, bir çox ölkələrə də müraciət olunub və bu şuraya üzv olacaq dövlətlər hər biri Qəzzanın bərpası üçün 1 milyard dollar vəsait ödəməlidir. Üzvlüklə yanaşı, bu təşkilatın nizamnaməsinə görə, ildə bir dəfə toplanması nəzərdə tutulur.

Eyni zamanda üzv olan ölkələrin liderləri ildə bir dəfə ABŞ prezidentinin sədrliyi ilə, bu təşkilatın işinə qatılacaqlar. Məlumat belədir ki, artıq 60 ölkəyə Donald Tramp tərəfindən dəvət göndərilib. Ölkələrin içərisində Azərbaycan, Ermənistanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və bir sıra digər keçmiş, postsovet məkanında olan ölkələr də var. Eləcə də bir sıra dünya dövlətlərinə müraciət göndərilib. Azərbaycan tərəfinin də təşkilata üzv olmaq istəyi elan olunub”.

Arzuxan Əlizadə / Foto: amip.az

Arzuxan Əlizadə bildirib ki, bu təşkilatın bəzi analitiklər, bəzi siyasətçilər BMT-yə alternativ bir qurum olaraq formalaşması ilə bağlı fikir söyləyirlər. Deputatın fikrincə, bu da ola bilər: “BMT faktiki olaraq uzun müddətdir ki, öz funksiyasını, normal yerinə yetirmək iqtidarında olmayan bir təşkilat kimi gündəmə gəlir. Xüsusilə də, Azərbaycan nümunəsində biz buna şahidlik etmişik”.

Deputatın fikrincə, əslində ekspertlər bunu BMT-yə alternativ və ya Donald Trampın “BMT”-si kimi də adlandırır və bütövlükdə, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini zədələyə biləcək bir qurum olacağını da istisna etmirlər.

“İstənilən halda, yeni bir qurumdur və bir sıra aparıcı dövlətlərə, özü də, o cümlədən Azərbaycanda da bununla bağlı təklif göndərilib və artıq təklif də dəyərləndirilib. Və bu təşkilatın fəaliyyəti ilə bağlı onu demək olar ki, gələcəkdə təşkilat sülh və sabitliklə bağlı Qəzzada sülhə nail olunması ilə bağlı addımlar atmaqla yanaşı, narahat dünyanın bir sıra bölgələrində olan gərginliklərin aradan qaldırılması istiqamətində öz töhfəsini verə bilər”-deyə Arzuxan Əlizadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri