Icma.az
close
up
RU
Sülh üçün İstanbul ssenarisi: Rusiya Ukrayna dialoqu yenidən gündəmdə

Sülh üçün İstanbul ssenarisi: Rusiya Ukrayna dialoqu yenidən gündəmdə

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aydın Sezer: “Rusiya texniki heyətlər səviyyəsində danışıqları davam etdirmək istəyir”


Texniki müzakirələr üçün ən uyğun yerin İstanbul olduğuna şübhə yoxdur

Putin Türkiyənin Ukrayna ilə ölkəsi arasındakı münaqişənin nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmindir.

O, bu fikri Çinin Tyancin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Biz türk dostlarımıza Ukrayna böhranının həlli istiqamətində siyasi və diplomatik səylərə əhəmiyyətli töhfələrinə görə minnətdarıq. Bu ilin may ayından etibarən İstanbul platformasında birbaşa Rusiya-Ukrayna danışıqlarının üç raundu artıq keçirilib və bu, humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləməyə imkan verib.

Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq”, - Rusiya lideri bildirib.

Eyni zamanda Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla bir sıra regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazı müzakirə edib.

Rusiya lideri bu istiqamətlərdə iki ölkə arasında etibarlı əməkdaşlıq qurulduğunu deyib.

“Bizim diqqətimiz həmçinin Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz kimi ümumi maraq kəsb edən mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı köklü, konkret, faydalı və deyərdim ki, güvənlidir”.


Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a deyib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarını texniki heyətlər səviyyəsində davam etdirmək və birbaşa müzakirələr aparmaq istəyir:


"Bu məqsədlə Putin təxminən 3-4 ay əvvəl Ukraynanın texniki heyətini danışıqlar masasına dəvət edib. O, həmçinin 2022-ci ildə danışıqların aparıldığı İstanbul formatını təklif edib. Eyni zamanda Rusiya Prezidenti əlavə olaraq Ərdoğandan Zelenskini razı salaraq Ukraynanın texniki müzakirə heyətini masaya qaytarmağı istəyib. Ərdoğan Zelenski ilə Ankarada görüşüb, onu razı salıb və beləliklə danışıqlar yenidən başlayıb. Hazırda İstanbul müzakirələri texniki səviyyədə davam edir. Daha çox əsir mübadiləsi və cəsədlərin dəyişdirilməsi ilə bağlı nəticələr əldə olunub. Ukrayna tərəfi isə siyasi nəticə əldə edilə bilməsi üçün atəşkəsin təmin olunmasını tələb edir. Bunun üçün Zelenski ilə Putin arasında birbaşa təmasın qurulmasını istəyir. Lakin Rusiya bunu 2 səbəbdən qəbul etmir. Birincisi, Zelenskinin legitimliyi mübahisəlidir, çünki onun prezidentlik müddəti başa çatıb. İkincisi isə Rusiya atəşkəs deyil, birbaşa sülh sazişi istəyir. Putinin vurğuladığı da məhz İstanbulda aparılacaq birbaşa danışıqlarla bağlıdır. Rusiya bu dialoqun açıq saxlanmasının vacibliyini müdafiə edir. Həmçinin Kreml sahədə humanitar məqsədlərlə, əsir və cəsəd mübadiləsi kimi məsələlərdə müzakirələrin aparılmasını istəyir".


Müsahibin fikrincə, Trampın bu istiqamətdəki cəhdləri nəticəsiz qaldığı üçün yaxın gələcəkdə Putin–Zelenski zirvəsinin reallaşması ehtimalı azdır:

"Əgər belə bir zirvə gerçəkləşsə belə, bu, mütləq Trampın vasitəçiliyi ilə baş verəcək. Üstəlik, tərəflərin hansı şəhərdə görüşəcəyinə dair qərarı da böyük ehtimalla ABŞ verəcək. İstanbul variant kimi gündəmdədir. Lakin bununla yanaşı Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Cenevrə, həmçinin ABŞ-ın israr etdiyi Vatikan seçənəkləri də müzakirə olunur. Beləliklə, liderlər arasında birbaşa zirvənin keçirilib-keçirilməməsi hələlik qeyri-müəyyəndir. Harada keçiriləcəyi də yalnız Putin və Zelenskinin deyil, eyni zamanda Trampın da razılığı ilə müəyyənləşəcək. Amma texniki müzakirələr üçün ən uyğun yerin İstanbul olduğuna şübhə yoxdur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri